İctimai-ierarxik kod:Tabe edən ---------- Tabe olan
Zaman kodu: Əvvəlincilər -----------------Sonrakılar
Oğuzun icra etdiyi bu ulu toy törəni ilə onun bu rituala qədər icra etdiyi ov törəni, əslində, bir ritual, daha doğrusu, bir ritualın tərkib hissələridir. Ritual-mifoloji düşüncə kodunun zaman-zaman epik koda transformasiyası vahid bir ritualın tərkib hissələrini (funksional struktur mərhələlərini) epik hərəkətin müstəqil süjet vahidlərinə - hərəkət bloklarına çevirmişdir.