Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ


§ 3. Oğuz düşüncəsinin heyvan (totem) kodu



Yüklə 1,24 Mb.
səhifə43/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   39   40   41   42   43   44   45   46   ...   58
§ 3. Oğuz düşüncəsinin heyvan (totem) kodu
Oğuznamələrdə, o cümlədən Əbülqazi «Oğuznamə»sində qurultayda kəsilmiş qoyun (yaxud at) qurbanının əti 24 oğuz tayfasının arasında bölüşdürülür. Ancaq bu bölüşdürmə ətlə­rin, sadəcə, paylanması şəklində yox, kosmoqonik bölgü prin­sipi əsasında aparılır. Başqa sözlə, bu qoyun (at) oğuz kos­mosunun zoomodelidir. Belə ki, Oğuzun 24 nəvəsinin (uyğun olaraq - tayfasının) hər biri qurultayda kəsilən qoyunun (atın) bədəninin istənilən yerinin ətindən yox, bədəndə həmin nəvəyə (tayfaya) məxsus olan hissəni pay olaraq alır. Hər bir nəvənin (tayfanın) oğuz kosmosunda dayandığı pillə (tabe edən - tabe olan), üfüqi və şaquli məkanda tutduğu mövqe (sağ-sol, yuxarı-aşağı) qoyunun (atın) bədənindən alacağı payın yerini müəyyən edir. Əbdülqadir İnanın yazdığı kimi, «Orun» (mövqe - S.R.), «Ülüş» (ət payı - S.R.) hər tayfanın və hər oymağın qövm və cəmiyyət içində bir çox şeylər üzərində hüquqlarını göstərən dəlildir; təsisatdır (ictimai institutdur - S.R.). Yaylaq, ov, hərb qənimətləri bölünərkən hər tayfanın «orun»u və «ülüş»ü nəzərə alınmaqla «pay» verilir. Mühüm toplantıların birində «orun» və «ülüş»ünü bir dəfə itirən tayfa, yaxud oymaq yaylaq, otlaq, ov və s. şeylər üzərindəki hüququnu da itirmək təhlükəsinə məruz qalır. Onun üçündür ki, hər tayfa bu «Orun» və «Ülüş» haqlarına əhəmiyyət vermək məcburiyyətindədir»146.

Beləliklə, qurultay törənində hər bir tayfa üçün ayrılacaq payın qurban kəsilmiş qoyunun (atın) bədəninin harasından olması hər bir nəvə-tayfanın oğuz etnokosmik, ictimai-ierar­xik strukturunda tutduğu yerə uyğun olmaqla birbaşa həmin yeri işarələndirir. Bu pay onların, eyni zamanda, hər birinin qoyun (yaxud at, öküz) obrazında təsəvvür etdikləri kosmik dünya modelində durduqları yerin işarəsidir. Başlıcası, bu 24 pay (o cümlədən Gün xanın Erkil-xocanın kosmik kon­sentrasiya mərkəzini simvollaşdıran payları) birləşəndə qo­yun (at) modeli alındığı kimi, həmin paylarda işarələnmiş 24 nəvənin qoyun (at) zookosmoqonik sxemi üzrə düzü­mün­dən qoyun (at) obrazında təsəvvür edilən «Oğuz xan» adlı zookosmik dünya modeli alınır. 24 nəvə-tayfa «oğuz» etnosunu universumlaşdıran 24 oğuz deməkdir. Onların bir­ləş­məsi bütün səviyyələrdə (kodlar üzrə) «Oğuz xan» kosmik konsentrasiyasını verir. Qoyun, at, öküz və s. modeli bu halda 24 oğuzun ət payı kodu üzrə birləşməsi deməkdir.

Bu da öz növbəsində Oğuz xan zoomodelinin qoyun (yaxud at) obrazında təsəvvür edilən «diskret» (en) kəsiyinin bərpa edilməsidir. Bu baxımdan, Oğuz obrazının sinxron zoosəviyyələri təkcə qoyun, yaxud quşdan ibarət deyil. Əbül­qazi, Buxari oğuznamələrində bu heyvan qoyundursa, Rəşi­dəddində eyni qurultay törəni at zoomodeli əsasında aparı­lır147. Yaxud F.Bayat yazır ki, «Oğuz kağan» dastanında («Oğuz­namə»nin uyğur versiyasında - S.R.) Tanrı oğlu funk­siyasının bir hissəsini boz qurd, o biri hissəsini isə Oğuz yerinə yetirir. Eyni ilə türk elinin xilaskarı Oğuz və boz qurd­dur... Oğuzun qurd atributları, Oğuz-qurd paralelliyi də bu­radan irəli gəlir. İlkin anda boz qurdun Oğuzun simasında təzahür etdiyi şübhə doğurmur»148.

Göründüyü kimi, bütün bunlar «Oğuz» ritual-mifoloji dün­ya modelini quş, at, qoyun, qurd və s. şəkillərdə aşkar­la­mağa imkan verir. Bu da eyni zamanda oğuz dünya modelinin kosmoloji struktur səviyyələrini (kosmik, etnik və temporal struktur qatlarını) və hər bir səviyyəyə uyğun təsvir dili – davranış kodlarını nümayiş etdirir.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin