Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə52/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   48   49   50   51   52   53   54   55   ...   58
YEDDİNCİ FƏSİL
«ŞƏCƏREYİ-TƏRAKİMƏ»

«BİTİK»İN PARADİQMASI KİMİ
Biz «Şəcəreyi-tərakimə»dən haqqında A.Xəlilin M.Kaş­qar­lı «Divan»ı əsasında bəhs etdiyi204 «Bitik» abidəsi ilə bağlı ciddi faktlar da əldə edə bilirik. «Bitik» Şəcəreyi-tərakimə»də iki səviyyədə bərpa oluna bilir:

- Kod səviyyəsində;

- Məlumat səviyyəsində.

§ 1. «Şəcəreyi tərakimə» «Bitik»in funksional

struktur paradiqması kimi
«Bitik» kosmoloji çağ türklərinin sakral kitabıdır. O, et­nokosmik konsentrasiyanın yazı kodu ilə təcəssümüdür. «Şə­cəreyi-tərakimə» də tarixi çağda oğuz-türkmənlər üçün «Bi­tik»in funksiyasını yerinə yetirir. Bu halda «Bitik» «Şəcəreyi-tərakimə»nin invariantı olmaqla onda həm paradiqmalaşır, həm də «Şəcəreyi-tərakimə»nin kosmik strukturunun arxeti­pik səviyyəsini, arxitektonikasını təşkil edir. Başqa sözlə, «Şəcəreyi-tərakimə»nin kosmik «orqanizminin» genetik struk­turunda «Bitik» dayanır.

Beləliklə, «bitikçilik» etnokosmik özünütəşkilin kodla­rın­dan biridir və «Şəcəreyi-tərakimə» tarixi çağda həmin kodla gerçəkləşmiş mətn anlamına gəlir. Bunu bərpa etmək xüsusi araşdırma tələb edir. Ancaq «Bitik» «Şəcəreyi-təra­kimə»də məlumat səviyyəsində də qorunmuşdur.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin