AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
_______________________________________________
SEYFƏDDİN RZASOY
ƏBÜLQAZİ
«OĞUZNAMƏ»SİNDƏ
MİF VƏ RİTUAL
BAKI – 2013
Kitabı unudulmaz insan, böyük dost, görkəmli Azərbaycan folklorşünası, professor Məhərrəm Cəfərlinin
nurlu xatirəsinə ithaf edirəm.
REDAKTOR: RAMAZAN QAFARLI
filologiya üzrə elmlər doktoru, professor
RƏYÇİ: RAMİL ƏLİYEV
filologiya üzrə elmlər doktoru, professor
Seyfəddin Rzasoy. Əbülqazi «Oğuznamə»sində mif və ritual, Bakı, “Nurlan”, 2013, 172 səh.
Kitabda XVII əsr oğuz-türkmən tarixçisi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» («Türkmənlərin şəcərəsi») əsərindəki «Oğuznamə» əsasında oğuzların mif və ritualları tədqiqə cəlb olunmuşdur. Bu tədqiqat müəllifin Oğuz mifologiyasının bərpası istiqamətində ardıcıl şəkildə apardığı araşdırmaların tərkib hissəsidir. Müəllifin «Oğuz mifinin transformativ paradiqmalar sistemi» kimi götürdüyü «Oğuznamə» eposunun Əbülqazi variantı mif və ritualların zənginliyi ilə seçilir. Struktur-semiotik metodla həyata keçirilmiş bu tədqiqat mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
R 4603000000 Ãðèôëè íÿøð
Í-098-2013
© Seyfəddin Rzasoy, 2013
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
BİRİNCİ FƏSİL
«OĞUZ MİFİ» VƏ «OĞUZNAMƏ» EPOSU ANLAYIŞLARI
Dostları ilə paylaş: |