«Adlandırma» ritualın funksional strukturuna aiddir. Çünki bu, statik kosmik struktur olmayıb, struktur sxeminin hərəkətinin özüdür. Başqa sözlə, adlandırma - adların hərəkətidir. Adlandırmada, bir növ, ritualın subyektləri - iştirakçıları müəyyənləşdirilir. Etnosun adı çəkilən hər hansı vahidi bu halda etnokosmik özünüdəyərləndirmənin subyekti olmaq hüququ qazanır. Bu, o deməkdir ki, ritualdan keçən oğuz kosmosunun üzvünə çevrilir və özünü «oğuz» olaraq təsdiq edir.
Adlandırma ritualında etnokosmik özünüdəyərləndirmədən keçən etnik vahidlər «3»-lük universumunda işarələnən sxem əsasında təsnif olunur:
Dostları ilə paylaş: |