Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə7/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   2   3   4   5   6   7   8   9   10   ...   58
Oğuz mifi etnik epos kontekstində janr say bax­ı­mın­dan zəngin mətn korpusu ilə təmsil olunan oğuz eposunun arxetipidir. Bu, məsələnin son dərəcə mürəkkəb kontekstlə­rin­dən biri olmaqla oğuz mifininin (ümumən – mifin) bər­pa­sında mühüm metodoloji-məntiqi məqamı təşkil edir. «Oğuz mifinin semiotik strukturunun öyrənilməsi» probleminin konkret mənada «oğuz mifinin bərpası» demək olduğunu bir daha xatırlasaq, onda oğuz mifinin oğuz eposunun arxetipi olması tezisi birbaşa rekonstruksiyanın obyekti ilə predmeti arasındakı mürəkkəb metodoloji texnologiyanı nəzərdə tutur.

Məsələnin ümumnəzəri aspektinə gəlincə, oğuz mifi bü­tövlükdə oğuz eposuna transformasiya olunmuşdur. Mif və epo­sun münasibətləri burada Arxetip-Tip, İnvariant-Paradiq­ma və s. münasibətlər modeli çərçivəsində gerçəkləşməklə etnik-bəşəri düşüncənin iki mövcud tipini nəzərdə tutur: mifik dü­şün­cə və tarixi düşüncə. Kosmoloji epoxanın başa çatması ilə onun düşüncə tipi parçalanır və tarixi düşüncə tipinə trans­for­masiya olunur. Mif bu halda «desakralizasiya» və «deri­tuali­zasiya» keçirir. Birinci onun yeganə gerçək, inanılan, qutsal (mü­qəddəs) informasiya olmasından, ikinci isə etno­kos­mik ri­tual əsaslarından məhrum olması deməkdir. Get-gedə öz mü­qəd­dəsliyini və mərasimi əsaslarını itirən mif daha çox bədii-estetik, dini, fəlsəfi əsaslar kəsb etməyə başla­mışdır. Ən mü­hüm və başlıca hadisə gerçəkliyin qavrayış gös­təricilərində baş vermişdir: qapalı-təkrarlanan («qeyri-xət­ti», «qeyri-müəyyən», «qeyri-səlis») zaman və məkan düz­xət­li zaman və məkana keç­mişdir. Kosmoloji düşüncədən tarixi düşüncəyə keçiddə mif yox olmamış və etnik eposa trans­formasiya olunmuşdur.

Eposun genetik strukturunu mif təşkil edir: mifoloji struk­tur alt qatda qalaraq eposun struktur böyüməsinin arxe­tipi rolunu oynayır. Burada o, arxetip rolunu hər iki anla­mında oynayır: həm eposun ilkin tipi, həm də onun sinxron strukturunun funksional dinamikasını şərtləndirən arxetipik obraz (mifogenetik struktur örnəyi, inkişafın arxitektonik sxemi, arxisemlər sistemi və s.) olur. Bu baxımdan, oğuz eposunun struktur arxetipində bütövlükdə oğuz mifi dayanır19.

Mifoloji şüurdan tarixi şüura keçid zamanı mif parçalanır və tarixi şüurun, demək olar ki, ictimai formalarının hamı­sının əsasını təşkil edir. Bu mənada, oğuz mifini «oğuz» adı (universum-işarəsi) altında bilinən bütün mətnlərdən bər­pa etmək olar. Lakin belə bir bərpanın ən məhsuldar obyekti oğuz eposudur. Bu, hər şeydən öncə onunla bağlıdır ki, oğuz eposu oğuz mifinin paradiqmalar sistemini təşkil edir. Oğuz mifinin paradiqmatik və sintaqmatik struktur modeli oğuz eposuna transformasiya olunmaqla onu da paradiqmatik (dü­şüncə) və sintaqmatik (sözlü mətn) səviyyələrdən ibarət sis­tem kimi təşkil edir.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin