Qaynaqlar
-
Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, “Elm”, 2004
-
Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı, I cild, Bakı,“Çıraq”, 2009
-
Çimnaz Əziz qızı, Nənəmdən nəvəmə, Folklor İnstitutu, 2012
-
Şəxsi arxiv
-
AFA, V kitab (Qarabağ folkloru), Bakı, “Səda”, 2001
-
Şəki-Zaqatala folkloru. AFA, Folklor İnstitutu, “Səda”, 2005
İNGİLİSDİLLİ XALQLARDA “BLİN GÜNÜ” (BANNOCKS’ DAY) MƏRASİMİ
Vəfa İbrahimova
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutu
vefa-ibrahim@mail.ru
Özət
İngilisdilli xalqların ən çox qeyd etdiyi mərasimlərdən biri fevral, mart və aprel ayında (qış fəslinin sona çatması və yaz fəslinin gəlişi) geniş qeyd olunan “Yaz bayramı”dır (Beltane). Bu bayram günlərində bir çox mərasimlər keçirilir. Onlardan ən maraqlısı yalnız qadınların iştirakı ilə keçirilən “Blin günü” (Bannocks’ day) mərasimidir. Məqalədə ingilisdilli xalqlar arasında geniş yayılmış “Blin günü” ilə bağlı keçirilən mərasimin özəllikləri təhlil olunmuşdur.
Açar sözlər: oyun, yarış, blin, gün, qadın, mərasim
“Bannocks’day” ceremony in Englishlanguaged nations
Summary
One of the ceremonies celebrated during February, March and April by English languaged nations is the holiday “Beltane” (“Spring holiday”- the period of the end of the winter and beginnig of the spring). During this holiday many ceremonies are held. The most interesting of them is “Bannocks’ day” celebrated and acted only by women. In the article the general information about the ceremony “Bannocks’ day” is given, the peculiarities of that ceremony are investigated.
Key words: play, competition, bannock, day, woman, ceremony
Церемония «Блинный день» у англоязычных народов
Резюме
Одним из самых часто проводимых обрядов англоязычных народов является широко отмечаемый в феврале, марте и апреле (конец зимы и начало весны) «Праздник весны» (Белтейн). В эти праздничные дни проводятся ряд обрядов. Самый интересный среди них это проводимый только с участием женщин обряд под названием «Блинный день» (Bannocks’ day). В представляющейся статье дается общая информация, связанная с обрядом «Блинный день» у англоязычных народов и исследуются особенности этого обряда.
Ключевые слова: игра, соревнование, блин, день, женщина, обряд
Hər bir xalqın mədəniyyətində önəmli günlərlə bağlı mərasimlər var. Bu mərasimlər məzmun və formasına görə bir-birindən çox fərqlənir. Başqa xalqlarda olduğu kimi, ingilisdilli xalqlar da öz tarixini, mədəniyyətini, psixologiyasını, adət və ənənələrini mərasimlərində çox geniş formada göstərir.
İngilisdilli xalqların adət və ənənələrini bir neçə növə bölmək olar: şəxsi həyata dair günlər – doğum günü, nişan günü, evlilik, evliliyin ildönümü, ölüm günü və s.; milli və dini bayramlar, xalq gəzintisi və s.
Bilindiyi kimi, qış fəslinin sona çatması və yaz fəslinin gəlişi bütün xalqlarda geniş qeyd olunmuşdur. Böyük Britaniya adalarında yaşayan xalqlar orta əsrlərdə (xüsusilə XIV-XV əsrlərdə) qışın gedişini və yazın gəlişini çox təntənəli formada qeyd etmişlər. Təsərrüfatla məşğul olan insanlar üçün bu bayramlar daha mühüm əhəmiyyət kəsb edirdi. Qış fəslində havanı daim izləyərək yazda havanın necə olacağını təsbit etməyə çalışırdılar. Məhsulun bol və bərəkətli olması üçün kilsədə xüsusi günlərdə dua edirdilər. Bu günlərdən biri də “Yağlı çərşənbə” (Maslenitsa) (Shrove Tuesday) günüdür (1, 21). (Qeyd edək ki, indiyədək bu gün Azərbaycan dilində və folklorşünaslığında xüsusi bir adla adlandırılmayıb, rus dilində həmin günə aid olan “Maslenitsa” sözü tərcümə edilərək işlədilib).
“Yağlı çərşənbə” günü ingilisdilli xalqların ən çox qeyd etdiyi mərasimlərdən biridir. Fevral, mart və aprel aylarında (qış fəslinin sona çatması və yaz fəslinin gəlişi) qeyd olunan “Yaz bayramı” (Beltane) ərəfəsində “Yağlı çərşənbə” günü də xüsusi mərasimlərlə keçirilir. Bu bayram günləri ilə bağlı bir sıra mərasimlər var. Onlardan ən maraqlısı yalnız qadınların iştirakı ilə keçirilən “Blin günü” mərasimidir. Tarixi faktlara görə bu mərasim 1450-ci ildən qeyd olunur. Bu mərasimin yaranma səbəbi 1440-cı illər ərzində Bökimqamşayə əyalətinin Olney şəhərində “Yaz bayramı” zamanı “Yağlı çərşənbə” (Shrove Tuesday) günündə bir evdar qadının başına gələn əhvalatla əlaqələndirilir (2, 38). Həmin qadın kilsədə çalınan zəngi eşidərək oxunacaq duaya gecikməmək üçün evdən tələsik çıxır. Evdən çıxdığı zaman tələsdiyindən həm əynindəki önlük və başındakı laylığı açmağı unudur, həm də əlində qaynar tava ilə kilsəyə qaçır. Bəzi mənbələrdə qadının əlindəki tavanın içində bayram günü üçün bişirdiyi blinin (Blin – yağlı kökə, fəsəli) olduğu qeyd olunur (1, 67). Bu hadisədən sonra belə qərara gəlirlər ki, hər il yaz mövsümünün gəlişi ilə əlaqədar mərasim keçirilsin. Bu mərasimdə qadınlar yarışsın. Beləliklə, zaman keçdikcə bu mərasim bir yarışa çevrilir. Nəticədə, bu oyun qısa müddət ərzində Böyük Britaniya adalarının hər yerinə yayılır və hər il çox geniş şəkildə qeyd olunmağa başlayır. Yalnız İkinci Dünya müharibəsi illərində bu oyun keçirilməmişdir (1, 19). Yarış adətən “Yağlı çərşənbə” günü saat 11.55-də kilsədə çalınan zəngin vurulması ilə başlayır (yarışın bu saatda keçirilməsinin səbəbi odur ki, öncə kilsədə moizə oxunur. Əslində, qadının evdən tələsik çıxmasının səbəbi də kilsədə oxunan moizəyə vaxtında çatmaq idi. Ona görə də yarışdan öncə saat 11-də kilsədə moizə oxunur, bundan sonra yarış başlanır. Bizcə, bu yarış sadəcə yaz mövsümi ilə bağlı deyil, həm də bir dini mərasimdir. Bu yarışı keçirənlər dini dəyərlərin xalq içində yayılmasını istəyirlər və bu məqsədlə öncə kilsədə moizə oxuyurlar).
Bu yarışın üç əsas qaydası var. Yarışda iştirak edənlər bu qaydalara əməl etməyə borcludurlar. Bunlar aşağıdakılardır:
1. İştirak edən oyunçular evdar qadın olmalıdırlar.
2. Oyunçuların yaş həddi 18 olmalıdır.
3. Yarışda iştirak edən oyunçular ağ önlük və ağ yaylıq bağlamalıdırlar (4,113).
Oyun ərzində iştirakçılar əllərindəki qaynar tavada olan blini üç dəfə yuxarı ataraq çevirməlidirlər: birinci dəfə oyun başlayan zaman, ikinci dəfə yarışın ortasında, üçüncü dəfə isə final xəttinə çatdıqda. Oyunda iştirak edən qadınlardan ilk final xəttinə çatan və öz blinini tavada 3 dəfə yerə salmadan çox gözəl formada çevirən qalib hesab olunur (Blini tavadan düşən iştirakçı oyunu tərk edir). Yarış kilsənin önündə başa çatır. Qalib oyunçu öz blinini kilsənin din xadiminə verir və hədiyyə olaraq ondan dua kitabı və öpüş qazanır. Bundan əlavə, qalib oyunçu həmin il üçün “Blin gününün qalibi” adını alır. Əvvəllər belə oyunların keçirilməsi ritual xarakterini daşıyırdı, hal-hazırda isə bu oyunlar əyləncə xarakterlidir.
Qeyd edək ki, “Yağlı çərşənbə” günü ilə bağlı mərasim bəzi məktəblərdə şagirdlər arasında da bir yarış kimi keçirilir. Onlardan biri Vestminster məktəbində keçirilən “blin yarışıdır” (4, 39). Oyunda həm qızlar, həm də oğlanlar iştirak edirlər. Oyun başlamazdan əvvəl uşaqlar böyük bir zalda toplaşaraq məktəbin aşbazını gözləyirlər. Aşbazın əlindəki tavada yenicə bişmiş böyük blin olur. O, zala daxil olur. Fit verildikdən sonra aşbaz bilini uşaqların üstünə atır, oyunçular isə atılan blini havada tutmağa çalışırlar. Blindən ən böyük hissə qoparan oyunçu qalib hesab olunur və hədiyyə qazanır (4, 78).
“Blin günü” Şotlandiyada da xüsusi qeyd olunur. Həmin gün bütün ailə üzvlərinin iştirakı ilə blinlər bişirilir. Blinlərin xəmirini hazırlamaq üçün iki ovuc yulaf unu, yumurta, süd, ət bulyonundan istifadə olunur. Sonuncu bişirilən blin fala baxmaq üçün istifadə olunur. Və sonuncu blinin adı “Yuxulu blin” (Dreaming bannocks) adlandırılır (4, 65). Çünki gənc qızlar bu sonuncu blindən bir hissəni balınclarının altına qoyaraq yuxuda öz gələcək həyat yoldaşlarını görəcəklərinə ümid edirlər. (Qeyd edək ki, Azərbaycan folklorunda da belə bir mərasim var. Belə ki, subay qızlar Novruz bayramında duzlu kökə bişirirlər, yarısını yeyib, yarısını da balınclarının altına qoyurlar. Ümid edirlər ki, gələcək həyat yoldaşlarını yuxuda görəcəklər).
Bəzi yerlərdə isə sonuncu blin “lal blin” adlandırılır (5, 88). Belə ki, sonuncu blini bişirən şəxs onu bişirib qurtarana kimi heç kimlə danışmamalı və gülməməlidir (başqaları onu danışdırmağa və güldürməyə çalışırlar). Belə düşünürlər ki, blini bişirən şəxs danışsa, ya da gülsə, blin öz sehirli qüvvəsini itirər. Əgər “lal blin”i bişirən şəxs danışsa, ya da gülsə, o zaman başqası yenidən “lal blin” bişirməlidir. Ətrafda olan adamlar yenə “lal blin” bişirmək istəyən şəxsi danışdırmağa, ya da güldürməyə cəhd göstərməlidirlər. Sonuncu blin ölçüsünə görə digər blinlərdən daha böyük olur. İştirakçılar “lal blini” aralarında bölərək özlərinə düşən hissədə bir simvol axtarırlar, məsələn, düymə, saman, üzük, sap və s. Düymə şəklini görən qız gələcək həyat yoldaşının dərzi olacağını, samana bənzər işarə görən gələcək həyat yoldaşının fermer olacağını düşünür, üzüyə bənzər işarə görən isə tezliklə ərə gedəcəyinə inanırdı.
Qeyd edək ki, bu tipli inanclara Azərbaycan folklorunda da rast gəlmək olar. Novruz bayramı günlərində qızların və qadınların iştirakı ilə keçirilən müxtəlif oyunlar zamanı vəsfi-hal söylənilir. Söylənilən vəsfi-hal ilə tutulan niyyət arasında bir uyğunluq axtarılır. Bununla da niyyət tutan insanın arzusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilir.
Nəticə olaraq deyə bilərik ki, hər bir xalqın folklorunda iştirakçısı ancaq qadınlardan ibarət olan mərasimlər var. Bu mərasimlərdə qadınların iştirakı keçirilən mərasimlərin məzmun və formasına ciddi təsir göstərir, onların daha zövqlü, səmimi və gözəl alınmasına səbəb olur.
Qaynaqlar
-
Т.И.Химунина. В Великобритании принято так, Москва, 1984, 239 с.
-
Owen T. Welsh folk customs, Cardiff, 1959.
-
Chamber E. The English folk-plays, London, 1951, 230 p.
-
Hole Ch. English folk plays, 1968.
-
Bloom Y. Folklore, old customs and superstitions in Shakespeare land. London, 1957, 113 p.
-
Rees, Alwyn & Brinley, Celtic Heritage: Ancient Tradition in Ireland and Wales. New York. 1961.
-
Энциклопедия суеверий, Локид-Миф, Москва, 1995, стр.557.
İNGİLİS FOLKLORUNDA NOVRUZ MİLLİ ADƏTLƏRİNƏ VƏ ATRİBUTLARINA BƏNZƏR OYUNLAR VƏ OBRAZLAR
Ziyafət Hüseynova
filologiya üzrə fəlsəfə doktoru
Qafqaz Universiteti
zhuseynova@qu.edu.az
Özət
Məqalədə Аzərbаycаn və Böyük Britaniya xalqlarının uyğun olaraq Novruz və Holouin kimi milli bayramlarında bir- birinə bənzər xüsusiyyətlər göstərilir. Təhlil edilərək qeyd olunur ki, hər iki xalqın folklor nümunələrində oxşar obrazların olması tarix boyu xalqların iri miqyaslı köçmələri, və bu miqrasiyalar zamanı baş tutan iqtisadi və mədəni əlaqələrin nəticəsində baş vermişdir. Hər iki xalqın özünəмəхsus və oxşar folklor nümunələri, adət - ənənələri, mifоlоji оbrаzlаrı vardır. Bu оbrаzlаr həmin xalqların mifоlоji dünyаgörüşünün məhsulu оlub tаriхi, еtnоqrаfiк hаdisələri əкs еtdirмəкlə, оnlаrın mifоlоji inаmlаrını, təsəvvürlərini yаşаdır. Məqalədə o da nəzərə çatdırılır ki, Novruz bayramında həyata keçirilən bir sıra mərasimlər və bu mərasimlərin qəhrəmanları zaman fərqinə baxmayaraq ingilis milli bayramındakı obrazlara demək olar ki, uyğun gəlir. Bəzi obrazların oxşarları araşdırılmış, Novruz ərəfəsində həyata keçirilən bəzi tədbirlərin təsir amilləri və başqa ünsürlər də qeydə alınmışdır.
Açar sözlər: мifоlоji оbrаz, rituallar, oyunlar, milli təsəvvür, oxşarlıq
Национальные традиции и атрибуты праздника Новруз, подобные игры и персонажей английского фольклора
Резюме
В статье подобные характеристики друг друга показаны соответствии с национальным праздникам азербайджанском и английском языках народов, таких как Новруз и Хэллоуин. При анализе отмечается, что с аналогичными народные образы в фольклоре обеих наций произошло потому, что крупномасштабного переселения народов в истории, и это также является результатом экономических и культурных связей, которые имели место во время этих миграций. Все это результаты распространением один нации фольклорных единиц, обычаев, традиций и особенностей из одной страны в другую. Как мифологические взгляды тех людей, эти символы и изображения выразить исторические события и процедуры, сделать их мифологические верования и фантазии жить вечно. В статье также подчеркивается, что ряд ритуалов и герои представляют эти обряды в праздник Новруз почти совместим с английскими символами xотя разницы во времени. Были проанализированы некоторые идентичные символы, воздействие проведенных мероприятий накануне Новруза и других факторов также были зафиксированы.
Ключевые слова: мифический персонаж, ритуалы, игры, национальная воображение, сходство
National traditions and attributes of Novruz Holiday similar to games and characters in English folklore
Summary
In the article similar characteristics to each other are shown accordance with Azerbaijani and English peoples' national holidays such as Novruz and Halloween. While analyzing it is noted that having similar folk images in both nations' folklore happened because of large-scale resettlement of the people in the history, and it is also the result of economic and cultural relations that took place during these migrations. All these are the results of the spread of one nation's folklore units, customs, traditions and characteristic features from one country to another one. As mythological views of those people, these characters and images express the historical events and procedures, make their mythological beliefs and imaginations live forever. The article also highlights that a number of rituals and the heroes represent these ceremonies in Novruz Holiday are almost compatible to English characters although the time difference. Some identical characters were analyzed, the impact of the measures carried out on the eve of Novruz and other factors were also recorded.
Key words: mythical personage, rituals, games, national imagination, the similarity
Folklor nümunələri müasir qloballaşma şəraitində xalqların milli-mədəni irsini qoruyan, onların tarixi yerini və rolunu müəyyən edən əsas amillərdən biri hesab olunur. Xalqımızın dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahib olması onu digər xalqların folkloru ilə müqayisə etməyə imkan verir. Hər bir xalqın ibtidai dünyagörüşünə və arxaik mifoloji inamlarına bağlı olan keyfiyyətləri olduğu kimi Azərbaycan xalqı da bu keyfiyyətlərə arxalanaraq təbiətə və təbiət qüvvələrinə baxışını mövsümi proseslərlə əlaqədar olaraq mifoloji mətnlər şəklində yaratmış, onları ritual, mərasim, oyun, və başqa ünsürlər şəklində qoruyub saxlamışdı. Başqa xalqların folkloru ilə oxşar cəhətlərə malik olan Azərbaycan folklorunda bir çox mətnlərin üst-üstə düşməsi səbəbi həmin örnəklərin bəzilərinin vahid etnocoğrafi məkanda meydana gəlməsi, bəzilərinin isə tarixdəki böyük köç dalğasının təsir nəticəsi olmasıdır. Şimal yarımkürəsində yaşayan başqa türkdilli xalqlar kimi Azərbaycan xalqı da qışın gedişini və yazın gəlişini bayram şəklində qeyd edərək onu bir çox mərasimlərlə həyata keçirmişlər. Belə fəsil dəyişikliyini xristian ölkələrinin əksəriyyəti tarixdə baş vermiş bəzi müdaxilələrdən dolayı payızda qeyd edirlər. Ona görə də bu cür bayramlar bir sıra tarixi dəyişkənlik səbəbindən fərqli zamanlarda baş verir. Buna nümunə olaraq Novruz və Böyük Britaniya xalqları tərəfindən qeyd olunan Holouin bayramlarını göstərmək olar. Bütün qədim xalqlar kimi, Azərbaycan və İngilis xalqları da qış dönəminin çətinliklərini, qidaya olan ehtiyaclarını nəzərə alaraq əldə edə biləcəyi hər bir nemət üçün təbiətə minnətdarlığını özünəməxsus şəkildə qeyd etmişlər. Bu ideya hər iki bayramın əsas şərtidir.
Novruz təbiətin qış yuxusundan oyandığını, Holouin isə təbiətin qış yuxusuna gedəcəyini xəbər verir. Birincisi insanları əməyə, zəhmətə, yaz təsərrüfat işlərinə səsləyir, ikincisi isə insanları uzun zəhmət və əziyyətlərdən sonra əldə etdikləri məhsulu toplayıb qış tədarükü etməyə tələsdirir. Bu xalqlar fəsil dəyişikliyini müxtəlif şəkildə qeyd etsələr də toplu şəkildə keçirdikləri oyun, ritual və xalq tamaşalarında oxşar obrazların, bənzər süjet xətlərinin, hətta ortaq atributların olmasına rast gəlinir.
Məlumdur ki, astranomiya elmində gecə-gündüzün bərabərliyi ildə iki dəfə olmaqla 20 (21 və ya 22) Mart və 22 Sentyabr tarixində gerçəkləşir. Türk dünyası xalqları kimi tarixi adət və ənənələrinə sıx bağlı olan xalqımız da hər il Mart ayının 20-ni yəni gecə ilə gündüzün ilk bərabərləşdiyi günü Novruz bayramı kimi qeyd edərək baharı qarşılamağa hazırlaşır (1, səh. 20). Fəsil dəyişikliyini bir bayram kimi qeyd etmək adəti ingilisdilli xalqlara onların əcdadları hesab olunan keltlərdən miras qalmışdır. İşıq və qaranlıq, isti və soyuq kimi təbiət hadisələrini səma cisimlərinin hərəkətlərilə izah etməyə çalışan Kelt tayfaları, mərkəzi və şimali Avropa ərazisində yaşadıqları 2000 ilə yaxın bir dövrdə bu adəti saxlasalar da, Papa XIII Qriqori tərəfindən bu mərasimin keçirilmə tarixi dəyişərək, 1582-ci ildən etibarən Yanvar ayının ilk gününə keçirilmişdir (5). Başqa xristian ölkələrindən fərqli olaraq Böyük Britaniya xalqları bu günü Miladi təqvimi ilə təzə ilin başlanğıcı kimi qeyd etməklə yanaşı, ilin ikinci gecə- gündüz bərabərliyini özundə əks etdirən Holouin bayramını da unutmurlar. Bu fəsil dəyişikliyini bayram kimi qeyd etmək Britaniya ərazisində isə payıza təsadüf edir. Qədim keltlərin varisləri hesab olunan Uels, İrland, Şotland, eləcə də Fransa və Britaniya ərazisində yaşayan bir sıra kiçik xalqlar qədim adətlərinə söykənərək bu əlamətdar günü müxtəlif mərasimlər şəklində keçirməkdə davam edirlər (7). Demək, müxtəlif adlarla lakin eyni məqsədlə həyata keçirilən oxşar mərasimləri qarşılaşdırmaq məqsədəuyğundur. Bu isə oxşar oyunların və mərasimlərin keçirilməsini, həm də bu bayramlarda bir-birinə bənzəyən obraz, motiv və yaxın süjet xətlərinin olmasını da şərtləndirir.
Müqayisə edərkən görürük ki, həm Azərbaycan, həm də İngilis xalqlarının lap qədim zamanlardan bəri formalaşmış dünyagörüşündə taxıl, buğda əsas qida hesab olunmuş və buna görə də insanlar Novruz ərəfəsində qışın qar-boranından qorumaq məqsədilə buğdanı öz evlərində, sinilərdə buğda əkmiş, göyərmiş səmənini yazın rəmzi kimi qəbul edərək ilin bol-bərəkətli olacağına, məhsullarının onların ehtiyaclarını ödəyəcəyinə inanmışlar. Bu həm də təbiətə təsir edərək yazın gəlişinə kömək etməklə qədim insanın öz gücünə, hünərinə inam yaradırdı (1, səh. 22). Novruz süfrəsində əvəzolunmaz atributlardan sayılan səməni yazın gəlişi, təbiətin canlanması, yaşıllıq rəmzi kimi qiymətləndirilir. Azərbaycan xalqının səməni ilə bağlı belə bir inamı vardır. Bu gün də insanlar öz arzu və istəklərinin həyata keçməsi, yaxud çətinliklərdən, bəlalardan qurtarmaq üçün səməni nəziri deyər, inanarlar ki, icra olunan səməni ovsunu onlara kömək olacaq. Xalqımız səmənini mifik gücə malik olan atribut hesab edir (3, səh 167-169). İngilislər qədim keltlərdən qalma inanc olaraq qızmar yay aylarını ilin ən çətin və qaranlıq günləri hesab etmişlər. Onlar elə hesab edirdilər ki, belə quraqlıq günlər onların ehtiyatda olan taxılını tükədəcək, ona görə də simvolik olaraq evdə saxlanılan bir dəstə sünbül qədim keltlərdə böyük inam yaradırdı. Bu gün də Böyük Britaniya ərazisində yaşayan xalqlar yetişmiş sünbüldən bir dəstə toplayıb onu növbəti ilin məhsul yığımına qədər evlərində saxlayaraq inanırlar ki, nə qədər evlərin divarlarında bu sünbül dəstələri asılıb demək, ruzi-bərəkət azalmayacaq, onlar ac qalmayacaq və təbiətin hər cür şıltaqlığına qalib gələcəklər (7). Bayramların fərqli vaxtlarda keçirilməsinə baxmayaraq hər iki xalq üçün taxıl və onun simvollaşdırılmış formaları olan səməni və sünbül xeyir-bərəkət rəmzidir. Taxıl həyatın, gün-güzəranın əsasıdır, insanların yaşaması üçün vacib olan maddi bolluğun ən mühüm şərtidir. Kökü kelt tayfalarına gedən Holouin bayramı Novruz bayramı kimi tərkib elementləri etibarilə arxaik ritualdır, mövsüm mərasimidir. Keltlərin mifoloji inamlarindan qaynaqlanan Holouin bayramında insanlar təbiətlə bağlılığını, nemətlərə şükranlığını ifadə edirlər. Hər iki bayramda taxılın ilkin və son variantları olan sünbül və səməni simvollaşdırılır.
Başqa oxşarlıq isə fəsil dəyişikliyini xəbər verən müjdəçilərdir. Baharın gəlişini müjdə edən qaranquş ilk dəfə evlərin pəncərəsini döyərkən insanlar maraqla soruşarlar ki, qaranquşun dimdiyində gətirdiyi nədir. Əgər o sünbül gətiribsə, bu həmin ilin xeyir-bərəkətli, barlı-bəhərli olacağından xəbər verir, yox əgər çör-çöp gətiribsə, demək ilin quraq keçəcəyi gözlənilir (3, səh. 170). Qaranquş baharın müjdəçisidir deyərlər. Evlərin çardağında, pəncərələrin başında tələm-tələsik özlərinə yuva quran qaranquşlar sanki isti bir fəslin gələcəyinə sevinirlər. Britaniya xalqları isə hörümçəkləri xalqımız qarqanquşları qarşıladıqları kimi qəbul edirlər. Deyərlər ki, əgər evlərinizə hörümçək giribsə, ya tor qurubsa demək onlar Holouin bayramının gəlişindən xəbər verir. Onlar bu bayramın ardınca gələcək soyuq payız günlərindən qorunmaq üçün isti bir yer tapmağa çalışırlar (6).
Hər iki bayramda rənglər təbiətlə harmoniya təşkil edir. Bu, hər iki bayramda bəzədilmiş bayram xonçalarında özünü göstərir. Novruz xonçasında yer alan hər təamın öz mənası var – qoğal günəşin, şəkərbura təzə ayın, paxlava isə ulduzların rəmzidir. Bayram süfrələrini bəzəyən Novruz xonçasına qoyulmuş yaşıl səməni, boyanmış yumurtalar, şirniyyatlar öz al-əlvan rəngləri və göz oxşayan naxışları ilə baharı xatırladır. İnsanlar adətən qırmızı qumaşdan paltar geyinərmişlər ki, qırmızı şüalı Günəşi qarşılamaq mənasını ifadə edib (8).
Xonça - Novruz bayramının ayrılmaz atributu olduğu kimi Holouin bayramının ilk günü hesab olunan Samhain axşamının da vacib əlamətlərindən biridir. İngilislər isə bəzədikləri bayram xonçasına payızı xatırladan əşyalar qoyurlar. Xüsusi ayrılmış stolun üstünə torpağın tezliklə yuxuya gedəcəyini əks etdirən tünd rəngli süfrə salınır. Süfrəyə bir dolu kasa alma, qızılı-sarı rəngdə qurumuş payız yarpaqları, bostan məhsulları, məqsədlərə nail olmaq üçün səbr simvolu hesab olunan palıd ağacının meyvələri və s. düzülür. Bütövlükdə Holouin bayramında qara və narıncı rənglər əsas atributlardan hesab olunur. Qədim keltlər qara günlər deyərkən qışın çətin, əzab-əziyyətli vaxtlarını, tarlalarda məhsul becərmək üçün kifayət qədər günəşli günlərin olmamasını, ağ günlər dedikdə isə məhsuldarlığın əldə olunduğu payız fəslini nəzərdə tuturdular. Buna görə də qədim kelt festivalı olan və indiki Holouin bayramının ilkin forması sayılan Samhain bayramının atributları hesab olunan qara və narıncı rəngləri ağ və qara günlərin göstəricisi olduğu qənaətinə gəlmişlər. Hətta ingilislər tərəfindən narıncı rəngin mifik gücə malik olduğu da söylənilir (6). Çünki payızda yığılan bütün məhsullar ya narıncı, ya da bu rəngin çalarları olan rənglərdə olurlar. Bu səbəbdən də narıncı və qara rənglər Holouin bayramı üçün rəsmi rənglər hesab olunur.
Hər iki xalqın adı çəkilən bayramlarda keçirdikləri oyunları nəzərdən keçirək. Bu məqsədlə Kosa-Kosa oyunu, bu oyunun personajları və onların rəqsləri diqqəti çəkir. Başına motal papaq qoyub ayağına şişburun çarıq geymiş Kosa, insanlarda gülüş və təbəssüm yaratmaq məqsədilə paltarının altından qarnına yastıq bağlayır, əlində bəzəkli qırmızı çömçə tutur, çiynindən boş xurcun asır. Maskalanaraq özünü tanınmaz edən Kosa musiqi sədaları altında meydana daxil olub öz məzəli mahnısını oxumağa başlayır, sonra Novruz şirniyyatlarından payını yığır. Novruz axşamı uşaqlar qapıları döyər, papaqlarını açıq qapıdan içəri atıb tanınmasınlar deyə bir kənarda gizlənərlər, sonra paylarını götürüb başqa qapıya yollanarlar (1, səh. 22). Sadaladığımız oxşar motivlər Holouin axşamında da baş verir. Uşaqlar və yeniyetmələr müxtəlif maska və kostyumlar geyib, mahnı oxuya-oxuya insanlardan pay yığmaq məqsədilə evlərin qapısını döyürlər. Əgər ev yiyəsi onlara Holouin şirniyyatlarından verməzsə onda onların üstünə un atıb qaçırlar. Uşaqların maraqlı kostyumlarda, qorxulu maskalar taxaraq qapıları döyüb, sonra qaçıb qapı arxasında gizlənməsi kimi bir uşaq oyununun motivləri oxşarlıq təşkil edir.
Bu cür oxşar mərasimlərin qeyd olunması hər bir xalqın özünə aiddir və bu mərasimlər milli xarakter daşıyır. Novruz mərasimində Kosa qışın, Keçi isə yazın rəmzi kimi təqdim olunur, bunlar arasında gedən və rəmzi xarakter daşıyan mübarizə mərasimin sonunda yazın qələbəsi ilə bitir. Bununla insanlar xeyirin şərə qalib gəlməsini alqışlamış olurlar. Holouin bayramında da uşaqların qorxulu maska və kostyumlar geyməsi kelt inanclarına bağlanır, ölmüş insanların ruhunu yad etmək, mənfi ruhları qovmaq anlamına gəlir. Onlar hətta Holouin süfrəsinə ölmüş yaxınlarının şəkillərini də qoyarlar ki, həm ailə üzvləri, həm də evə gələn qonaqlar onları xatırlasın və dua oxusunlar. Azərbaycanın bir çox bölgələrində Novruz bayramı ərəfəsində qəbirüstə getmək, bayram ərəfəsində ölmüş yaxınlarının ruhunu şad etmək məqsədilə plov ehsan etmək kimi bir adət saxlanılır.
İnsanlar Novruz axşamı tonqal ətrafına toplaşar, niyyətlə tonqala yaxınlaşan insanların ovqatını daha da yüksəltmək üçün onlara şirin sözlər eşitdirərək söhbət edərlər. İnsanlar inanırlar ki, tonqal ətrafında edilən dualar və niyyətlər növbəti ilin eyni gününə qədər reallaşacaq. Buna görə də insanlar həmin axşamı eşitdikləri hər bir sözü özləri üçün stimul hesab edirlər. Hər iki bayram axşamı qızlar arasında öz qismətini aramaq kimi oxşar bir ritual da həyata keçirilir. Novruz bayramında qızlar duzlu kökə bişirib yeyər və su içmədən yatarlar, gecə yuxuda kim su verərsə, o da onun qisməti olar. Holouin bayramının Uels variantı olan Alantide mərasimində buna bənzər bir ritual qeyd olunur. Şotland antropologisti Ceyms Freizer və Con Raysa görə Alantide festivalı keltlərin yeni ilinin ilk günüdur. Bu mərasim Uelslə yanaşı Sotlandiyada da qeyd olunur. Festivalın əsas simvollarından biri hesab olunan böyük qırmızı alma xoşbəxtlik rəmzidir. İnsanlar bir-birinə alma verərək bayramlaşarlar. Ailə qurmaq istəyən gənc qız almanı yastığının altına qoyub niyyət edər, elə həmin gecə yuxuda evlənəcəyi adamı görər (4).
Novruzda tonqal üzərindən tullanmaq, ilk öncə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etmək diqqəti çəkir. Tonqal üzərindən tullanarkən söylənən “ağırlığım, uğurluğum burda qalsın” ritual deyimi insanların qədim inamlarına bağlanır. Od üzərindən tullanan insanda sağlıqla bağlı bütün sıxıntılarının odda yanacağı inamını yaratmaqdadır. Ayrıca, Holouin bayramı da böyük tonqallar yandıraraq şənlik edilən bir gündür. Ənənəvi Holouin tonqalları daha çox İrlandiya ərazisində yandırılır. Bu ritualın əsas ideyası uzun və soyuq qış fəslindən sonra isti və günəşli günlərin olacağını sevinclə qarşılamaq, eləcə də mənfi ruhların odda yanacağına inam kimi öz əksini tapır.
Azərbaycan xalqı hər zaman milli dəyərlərinin əsas meyarlarından biri olan folklor incilərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. İnanclarını dəyərləndirərək onlara sahib çıxan xalqımız, həm dünya dövlətləri içərisində öz layiqli yerini görə bilir, həm də gələcək nəsilə bu mirası layiqincə çatdırmağa zəmanət yaratmış olur. Çünki milli folklor Azərbaycan xalqının milli dövlətçiliyinin möhkəmləndirilməsində xüsusi rol oynayır.
Dostları ilə paylaş: |