Qaynaqlar
-
Вопросы этнографии Кавказа. Тбилиси, 1952.
-
Dadaşzadə M.A. Azərbaycan xalq bayramları, oyun və əyləncələr. Bakı, Elm, 1995, 88 s.
-
Dadaşzadə M.A. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı, Elm, 1985, 216 s.
-
Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, Aspoliqraf, 2008, 448 s.
-
Qarabağdakı xalq oyunları tamaşaya qoyulacaq.
bakupost.az/az/baxish/20140307123254782.html.
-
Qarabağ: Folklor da bir tarixdir. II kitab (Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri). Bakı, 2012. 484 s.
-
Qarabağ: Folklor da bir tarixdir. III kitab (Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, 2012. 468 s.
-
Qarabağ: Folklor da bir tarixdir. III kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, 2013. 468 s.
-
Nizami Gəncəvi. Şərəfnamə. Bakı, 1949.
-
Путешествие Шардена по Закавказью в 1672-1673 гг. Тифлис, 1902, 301 с.
-
Rəhimli İlham. Azərbaycan teatr tarixi. Bakı, Çaşıoğlu, 2005, 864 s.
-
Şarden Jan. Səyahətnamə (“Parisdən İsfahana səyahət” Amsterdam 1711.). Fransız dilindən tərcümə edəni Azərb. EA Tarix İnstitutunun dissertantı Vaqif Aslanov. Bakı, Elm, 1994, 96 s.
-
Şarden Jan. Səyahətname-ye Şarden. Tərcome-ye Məhəmməd Abbasi. c.4, Tehran, 1336.
-
Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikel Membre və Vinçenso Alessandri). Bakı, Təhsil, 2005, 112 s.
UŞAQLARIN ŞƏXSİYYƏT KİMİ FORMALAŞMASINDA OYUNLARIN ROLU
(Qarabağ bölgəsindən toplanmış folklor materialları əsasında)
Elnarə Hüseyn qızı Əmirli
AMEA Folklor İnstitutu
elnara.amirli@mail.ru
Özət
Qarabağ folklorunun mühüm tərkib hissəsi olan uşaq oyunları özünəməxsus keyfiyyətləri ilə diqqəti cəlb edir. Hər birimizin uşaqlıq dövrünün məhsulu olan bu oyunlar dünyagörüşümüzün, mədəniyyətimizin, mənəviyyatımızın formalaşmasında mühüm rol oynayır və bütün həyatımız boyu unudulmur. Ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin inkişafında bu oyunlar inanılmaz gücə malikdir. İlk baxışda ciddi hesab etməsək də, uşaq oyunları təməl funksiyası daşıyaraq həm qadınların, həm kişilərin şəxsiyyət kimi özünü tanıması, davranışı, eyni zamanda insanlar arasındakı münasibətlərin yaranması baxımından çox əhəmiyyətlidir. Məqalədə xalq oyunlarının əhəmiyyəti araşdırılır.
Son dövrlərin diqqət çəkən problemlərindən biri də uşaqların oyunlara marağının azalmasıdır. Texnologiyanın yüksək sürətlə inkişaf etdiyi bir dövrdə yaşasaq da, uşaqların körpə yaşlarından oyunlara deyil, kompyuter, telefon və digər texniki vasitələrə maraq göstərmələri bizi ciddi şəkildə narahat edir. Çünki bu xoşagəlməz hallar onların həm mənəviyyatına, həm də sağlamlığına ciddi zərbə vura bilər.
Uşaqların dünyagörüşünün, psixologiyasının düzgün istiqamətdə formalaşdırılması məqsədi ilə onların diqqətini zəngin folklor irsimizin bir qolu olan uşaq oyunlarına cəlb etmək üçün səmərəli yolların axtarılması mühüm məsələdir.
Açar sözlər: Azərbaycan şifahi xalq ədəbiyyatı, Qarabağ fokloru, uşaq oyunları, “Evcik-evcik” oyunu, “Gəlincik” oyunu, uşaq psixologiyası.
Роль игр в формировании детей как личности
(на основе материалов собранных
с Карабакского региона)
Резюме
Детские игры, являющийся составной частью Карабакского фольклора, привлекают к себе внимании своим особым своеобразием. Эти игры играют большую роль в формировании личности. Мы никогда не забываем эти игры. Игры, неся в себе изначално фундаментальную функцию, как для мужчин, так и для женщин приводят к восприятию себя как личности и формированию взаимоотнашений. В статье исследуется значение народных игр.
Дети современного периода больше увлечены компютерными играми, мобильными телефонами, чем народной игрой. Эта ситуация нас очень волнует, так как это отрицательно губительно сказывается на их здоровье и нравственности.
Чтобы вызвать интерес у детей к народным играм необходимо искать эффективные пути решения данной проблемы.
Ключевые слова: Азербайджанское устное народное творчество, Карабакский фольклор, детские игры, игра “Эвджиk-эвджиk” (Дочки матери), игра “Гелинджик”, детская психология.
Role of the games in forming as personality of the children (On the basis of materials which gathered
from Garabag region)
Summary
Child folk games are important part of the Garabag folk-lore. Garabag child games have specific features. This plays pay important part in forming of our culture, morality. We do never forget this plays. This plays influences development of the different individuals and development of the society. Games playing foundation role helps forming as personality of men and women. National games influence to behavior of the people and help to forming of the attitudes among people. Importance of the people games is investigated in the article.
İnterest of children has decreased to national games nowadays. Children are not interested with national games, but interested with telephones, computers now. If we live in the time of technical progress, this situation worries us. This unpleasant cases influence negative to health and morality of the children.
We must look for efficient variants for involving for attention of the children to national games.
Key words: Azerbaijan folklore, Garabag folklore, national children games, “Evjik-evjik” game, “Gelinjik” game, child psychology.
Şifahi xalq ədəbiyyatımızın maraqlı nümunələrindən biri də xalq oyunlarıdır. Tarixin müxtəlif mərhələlərində formalaşan oyunlar digər folklor nümunələri kimi xalqın etnoqrafik xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsi funksiyasını daşıyır. “Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlikləri, oyunları, eləcə də onların mənşəyi və məzmunu barədə müəyyən məlumatlar vardır. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanlarımızda, eləcə də, Avropa və Asiya səyyahlarının əsərlərində, memuar və gündəliklərində, onların Azərbaycana səfər təəssüratları barədə xatirələrində də rast gəlmək olar. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Yaxın Şərq rəssamlarının miniatürlərində də bəzi xalq oyunlarının təsvirlərinə rast gəlmək olur (4).
Hər bir xalqın sadə yaşam xüsusiyyətlərini özündə əxz etdirən xalq oyunları insanın idrakının və fantaziyasının sintezi kimi ərsəyə gəlmişdir. Oyunlar ilk baxışda sırf əyləncə xarakterini ortaya qoysa da, dərin tarixi etnoqrafik ənənələrin daşıyıcısıdır. Xalq oyunları uşaqların və gənclərin təfəkkür tərzinin, fiziki və mənəvi keyfiyyətlərinin inkişafına təkan verir, eyni zamanda tərbiyəvi xarakter daşıyır. Boş vaxtın daha məzmunlu keçməsi məqsədi daşıyan oyunlar paralel olaraq uşaqların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına, cəmiyyət içində özünü idarə edə bilərək özünəməxsus mövqe seçməsinə xeyli yardım göstərir.
Oyunlar bağça yaşlı uşaqların əsas fəaliyyət növüdür. Vaxtlarının çox hissəsini oyunlarla keçirən uşaqlarda hərəki qabiliyyətlər, təfəkkür, təxəyyül xeyli inkişaf edir. Məhz körpə yaşlarında uşaqlar kollektiv oyunlara daha çox meyil göstərərək birgə fəaliyyət qabiliyyətini büruzə verirlər. Eyni zamanda bir-biri ilə ünsiyyət qurmaq bacarığı, həddindən çox maraq göstərdikləri ətraf aləmi dərk etmək və gələcək həyata hazırlaşmaq imkanı əldə edirlər.
Psixoloqlar hesab edir ki, iki yaşından yeddi yaşına kimi uşaqlar oyun oynamalıdırlar. Məhz oyunlar uşaqların gələcək həyatlarının müxtəlif sahələrində nailiyyətləri əldə etməsinə şərait yaradır. Uşaq vaxtı oyun oynamayan uşaqların istər fiziki, istərsə də psixoloji inkişafı ləng gedir.
Hər bir insanın uşaqlıq dövrünün məhsulu olan oyunlar dünyagörüşlərin, mənəviyyatın, mədəniyyətin formalaşmasında, eyni zamanda adət-ənənələrin gələcək nəslə ötürülməsində əvəzedilməz rol oynayır. Deməli, digər şifahi xalq ədəbiyyatı nümunələri kimi oyunlar da yarandığı dövrün adətlərini özündə əks etdirir. Oyunlar şəxsiyyətin formalaşmasında təməl funksiyası daşıyaraq insanı həyata hazırlayır, insanlararası münasibətlərin yaranmasında əvəzedilməz rola malikdir.
Qarabağ ərazisində formalaşan xalq oyunları Azərbaycan şifahi xalq ədəbiyyatının çeşid zənginliyi ilə seçilən bir qoludur. Geniş bir ərazidə formalaşan bu xalq oyunları nümunələrdəki üslub orijinallığı, süjet xəttinin, obrazların müxtəlifliyi ilə şifahi xalq ədiyyatımızda özünə fərqli bir məkan seçmişdir. Qarabağ oyunları Azərbaycanın digər bölgələrində yaranan oyun növləri ilə ortaq xüsusiyyətlərə malik olması ilə yanaşı, həm də bu ərazidə yaşayan sadə insanların gündəlik yaşamını, adət-ənənələrini, düşüncələrini, psixoloji vəziyyətini, məşğuliyyətlərini əks etdirərək həm də sırf özünə məxsus olan keyfiyyətlərə də malikdir.
Qarabağ uşaq oyunları özündə həm sadə məişət həyatını, həm də əyləncə yollarını əks etdirir. Ümumilikdə oyunlar uşağın psixoloji vəziyyətini çözmək üçün çox əlverişli yoldur. Uşaq hansı oyuna daha çox maraq göstərirsə, deməli, öz xarakterinin hansı istiqamətdə inkişaf etdiyini büruzə verir. Bu cəhət də uşağın tərbiyəsində valideynə xeyli kömək edir.
Yuxarıda söylənən fikirlərə aydınlıq gətirmək üçün tarixən Qarabağ ərazisində formalaşan xalq oyunlarına nəzər salaq.
Qubadlı rayon sakini Arzu Allahverdiyeva “Mərə” oyununu belə təsvir edir: “Bir dənə çala qazırdıx balaca. Hərəsinə yeddi dənə daş yığırdıx. Sora püşg atırdıx, birinci düşən kimdisə, o. O başdadı oyunu. Başdadı, götürürdü daşı paylıyırdı. Harda ki daşı qutardı, cüt düşəndə uduzurdu, tək... Daşım qutardı, udurdum. Birinci kimin mərəsində... iki nəfər oynuyurdu” (2).
Sözügedən söyləyici “Beş daş” oyununun gedişatı haqqında aşağıdakıları söyləyir: “Beş dənə daşı götürürdün, onu atırdın, əlində daşı yığırdın. Atırsan daşı, yerdəkin götürürsən....” (2).
Beşdaş oyunu uşaqlarda həm fiziki cəldliyin əldə edilməsinə, həm də sayı öyrənməklə ilkin riyazi təsəvvürlərin formalaşmasına səbəb olur. Deməli, xalq oyunları bəzi məqamlarda elmi biliklərin də rüşeymi hesab edilə bilər.
Arzu Allahverdiyevanın söylədiyinə görə “Çatı-çatı” oyunu belə oynanılırdı: “İki nəfər dururdu. Elə bil ki, dəsdələrə bölünürdüh də. Biri o başdan, biri bu başdan dururdu. Hərriyirdin, çatını hərriyirdin, tullanırdın. Elə bil ki, birrərdə bir dəfə. Birdə bir dəfə tullanırdın, çıxırdın. Sənin dalınca sənin yoldaşın. İlişdisə çatıya, həmin çatıya ilişdisə, çıxırdı oyunnan. Sora ikinci dəsdə. Belə-belə oynuyullar da. Birdə bir dəfə tullanıllar çatıynan, ikidə iki dəfə. Əgər ilişdinsə, dolaşdın yıxıldınsa, çıxırsan. İkinci – o biri dəsdə oynuyur. Ollar tutup saxlıyıllar iki nəfər belə axıra qədər. Baxır adamın sayına. Onu oynuyanda görəsən e” (2).
“Çatı-çatı” oyunu diqqətli olmağı, çevikliyi öyrədir.
Qarabağ bölgəsinə xas olan xalq oyunlarından biri də “Cəhribəyim” oyunudur. Bu oyun, əsasən, qızlar arasında oynanılırdı.
“Cəhribəyimdə oxuyurdux:
O tay, bu tay, yasdana,
Kəhlih qonar bosdana.
Qorxuram, yağış yağa,
Yarım gələ isdana” (1, 397).
“Cəhribəyim” oyununun icrası zamanı söylənilən bu şeir parçasının son misrasından göründüyü kimi, bu oyun yetkinlik yaşına çatmış, artıq sevib-sevilmək arzuları ilə yaşayan qızlar arasında kollektiv şəkildə oynanılırdı.
Cəbrayıl rayon sakini Nəcəfov Kamil Məhəmməd oğlunun söylədiyi mətnə əsaslanaraq demək olar ki, bu oyun həm də əmək fəaliyyəti zamanı icra olunurmuş. “... Nənəm deyirdi ki, Şahmar kişi suyu gətirəndə hammızı yığırdı, biz də balaca uşaxlarıdıx. Hammıza lapatqa, vedrə. Şeyir deyə-deyə gedirdih. Dalınca da deyirdi “Cəhribəyim”. Biz də xornan qışqırırdıx “Cəhribəyim”. “Cəhribəyimi”, - deyir, oxuya-oxuya gedirdih” (1, 399).
Söyləyici o vaxt uşaq idi və bu oyunun icrası zamanı uşaqlar zəhmətə, əməyə alışmaq kimi vərdişlərə yiyələnirdilər.
Qarabağ bölgəsində kiçik və orta yaşlı qızlar arasında oynanılan oyunlardan biri də “Evcik-evcik” oyunudur. “Evcik-evcik oyununun ailə-məişət şəraitində formalaşdığını əminliklə deyə bilsək də, oyunun tarixi haqda dəqiq məlumat verə bilmirik. Oyunun xüsusiyyətlərindən bəllidir ki, o, çox qədim tarixə malikdir. Təbii ki, qədimdə bu oyunun oynanılması üçün gəlinciklər və digər oyuncaqlar mövcud olmadığı üçün qızlar özləri ev əşyaları hazırlayıb ərsəyə gətirərək öz əl qabiliyyətləri formalaşdırırdılar” (5).
Araşdırmadan məlumdur ki, bu oyun qız uşaqlarında əsl Azərbaycan xanımına xas olan xüsusiyyətlərin inkişafına münbit şərait yaradır. Eyni zamanda Qarabağ sakinlərinə xas olan qonaqpərvərlik, qayğıkeşlik, ailəcanlılıq kimi müsbət keyfiyyətlərin yaranmasına təkan verir.
“Gəlincik” oyunu kiçik yaşlı qızlar arasında həvəslə oynanılan oyunlardan biridir. Lap kiçik yaşlarından oğlanların daha çox topa, nəqliyyat vasitələrinə, təmir avadanlıqlarına, qızların isə bəzək əşyalarına, qab-qacağa, gəlincik və s. həvəs göstərdiklərinin şahidi oluruq. “Gəlincik” oyunu da kiçik yaşlı qızların fantaziayalarının məhsulu kimi meydana gəlmişdir.
Psixoloq A.Qurbanova qeyd edir ki, müasir oyuncaqlar əvvəlkilərdən xeyli fərqlənir. "Əgər əvvəllər qızlar körpəni xatırladan gəlinciklərlə oynayırdılarsa, bu gün "Barbi" gəlincikləri dəbdədir. Körpəni xatırladan gəlinciklər qayğını, sevgini öyrədirdisə, "Barbi"lər dəbli geyinməyi, geyimi tez-tez dəyişdirməyi, saç düzümünə fikir verməyi, aksesuarlar və bəzək əşyaları almağı öyrədir” (6).
Valideynlər uşaqlara gəlincik seçərkən yaşa və psixologiyaya xüsusi diqqət yetirməlidirlər.
Ənzəli oyunu Qarabağ ərazisində bayram ərəfəsində uşaqlar və gənclər arasında oynanılan oyunlardan biridir. Oyun püşk atılması yolu ilə təşkil olunur. Kim uduzursa, əyilir, digər oyunçular isə müəyyən məsafə ilə düzülürlər və növbə ilə onun belindən atlanır və aşağıdakı sözləri təkrar-təkrar söyləyərək öz hərəkətlərində nümayiş etdirirlər.
Cəbrayıl rayonu sakini Nəcəfov Mübariz Kamil oğlu “Ənzəli” oyunu haqqında söyləyir:
“Ənzəli, ikiləri xan rəhbəri.
Üşdə bir yan vurallar.
Dörtdə təpik atarlar.
Beşdə qulun qırallar.
Altıda təkər keçəllər.
Yeddidə əl dəysin,
Ətək-pətək dəyməsin.
Səkgizdə palan qoyallar.
Doquzda palan götürəllər.
Onda a hosana, hosana,
Keçi girdi bosdana.
Vurdum, qılçası sındı,
Apardılar həkimə.
Həkim verdi vəkilə.
Vəkil dedi, neyniyim...
Yeddidə əl dəyir, amma ətəh, qılçalar da dəyirsə, onda tullanan yanır. Yerdə dombalan qalxır, indi ətəyi dəyən dombalır.
Səkgizdə kurtqa kimi bir şey götürürsən atırsan belinə, keçirsən. Elə atırsan, düşməsin. Qoyuf keçirsən üsdünnən, deyirsən, səkgizdə palan qoyursan.
“Dokquzda palan götürəllər”, - deyif, kurtkanı da götürürsən.
Doqquzda isə hamı əyilənin belinə minir. Kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun müddətində kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur” (1, 400).
Ənzəli oyununun gedişatına nəzər yetirsək, lap kiçik yaşlarından uşaq və gənclərdə ünsiyyət qurmaq bacarığının, ətrafındakıları başa düşmək qabiliyyətinin, diqqətli olmaq, xüsusi fiziki hərəki vərdişlərə yiyələnmək kimi keyfiyyətlərin inkişafına təsir etdiyinin şahidi oluruq. Eyni zamanda oyunda fikrin şeir formasında ifadə olunması nitqin səlisləşməsinə və nitqdəki çatışmazlıqların aradan qaldırılmasına kömək edir.
“Hələ qədim zamanlarda Azərbayanda fiziki tərbiyə spesifik vərdişə yiyələnmək bacarığına, işgüzarlığın artırılmasına və sağlamlığın möhkəmləndirilməsinə, nəticədə hərbi hazırlığa yönəldilmişdi” (3, 49).
Bu tip xalq oyunları gənclərdə, yeniyetmələrdə həmçinin cəldlik, çeviklik kimi qabiliyyətləri inkişaf etdirir.
Tut qolundan dart” maraqla icra olunan oyunladan biridir. “Neçə-neçə uşax əl-ələ tutup dayrə vurur. Bir nəfər də dayrə tutan uşaxların ortasında aşağı çömpəlib gözdərini yumur. Uşaxlar da əl-ələ tutuf onun başına fırranıllar. Fırrana-fırrana da bu sözdəri deyillər (nəğməyə yaxın avazla oxunur – top.)
Dilarənin anası
Şəkərçörəh bişirir.
Hündürrüyü bu boyda,
Böyühlüyü bu boyda.
Qalx ayağa, qalx,
Ətrafına bax.
Kimi sevirsən,
Tut qolunnnan, dart.
Bu sözdərdən sora ortada duran uşağ ayağa qalxır, gözdərini açıv ətrafında dövrə vuran uşaxlardan birinin qoluna yapışır. Bu dəfə də həmin uşax dövrə vuran uşaxların ortasında oturur. Beləcə, oyun davam eliyir. Ta ki, dövrə vuran uşaxların hamısı bir-bir ortada oturup qutarır” (1, 402). “Kimi sevirsən, tut qolundan dart” ifadəsindən sonra ortadakı uşaqların hərəsinin bir uşaq seçməsi onların sərbəst seçim etmək, müstəqil fikir irəli sürmək keyfiyyətlərini ortaya qoyur.
Tarixən Azərbaycan xalq oyunları xalqın yaşamını, adətlərini özündə əxz etdirərək bu günümüzə qədər gəlib çatmışdır. Ancaq çox təəssüfedici bir haldır ki, oyunlara maraq get-gedə azalmışdır. Elmin, texnologiyanın inkişafı azyaşlı uşaqların canlı oyunlara deyil, daha çox kompyuter oyunlarına maraq göstərməsinə səbəb olmuşdur. Bu gün uşaqların böyük bir kütləsi mobil telefonlardan və kompyuterdən asılı vəziyyətə düşüblər. Bildiyimiz kimi, canlı oyun zamanı uşaqlar bir-biri ilə canlı ünsiyyətdə olur, davranmaq keyfiyyətləri əldə edirlər. Ancaq virtual oyunlarda isə xırda emosiyalar belə yoxdur. Sirr deyil ki, bu gün kompyuter oyunlarının böyük bir hissəsi müharibəni, qəddarlığı, ölümü, dəhşəti təbliğ edir. Müsir dövrümüzdə uşaqların texnikaya bu cür hərisliyi nəinki mənəviyyata, həm də fiziki sağlamlığa sağalmayan zərbələr vurur.
Uşaqlarımızda tarixən mövcud olan xalq oyunlarımıza yenidən maraq oyatmaq vəzifəsi isə valideynlərin üzərinə düşür. Doğrudur, yaşadığımız XXI əsrdə uşaqları texnikadan tam şəkildə uzaqlaşdıra bilməsək də, onlara kifayət qədər vaxt ayırmaq, oyunlarımızı bacardığımız qədər təbliğ etmək əsas şərtdir. Hər şey uşağın böyüdüyü mühitdən, aldığı tərbiyədən asılıdır. Ona görə də hər bir valideyn öz övladına tarixi adət-ənənələrimizin daşıyıcısı olan xalq oyunlarını təbliğ etməlidir. Cəmiyyətin dəyişilməsi, getdikcə müasirləşməsi o demək deyildir ki, biz öz kökümüzdən qopmalıyıq. Xalq oyunlarımızı müasir mühitdə böyüyən körpələrimizin maraq dairəsi çərçivəsində yaşatmaq üçün uşaq bağçalarında və ümumtəhsil məktəblərində, həmçinin ailə mühitində bu mövzu hər zaman aktuallığını qorumalıdır. Xalqımızın sahib olduğu mənəvi dəyərlər onun folklorunda yaşayır. Bu dəyərləri təbliğ edib yaşatmaq isə bizim ən ümdə borcumuzdur.
Qaynaqlar
-
Qarabağ: folklor da bir tarixdir (toplayıb tərtib edən fil. ü. f. d. Vaqifqızı L.), VI kitab, Bakı-2013, 465 s.
-
Mənbəyi göstərilməyən nümunələr müəllifin şəxsi arxivindədir.
-
Orucov T. “Qarabağda xalq oyunları”, Qarabağ folkloru: problemlər, perspektivlər mövzusunda Respublika Elmi konfransının materialları, Bakı-2012, s. 35-54.
-
http://www.shahidov.com/?p=684
-
http://az.wikipedia.org/wiki/Evcik-evcik
-
(http://pda.milli.az/news/society/119426.html)
NAXÇIVANDA XALQ OYUNLARI VƏ YALLILAR
Əpoş İslam oğlu Vəliyev
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutu
elyarvelisoy@mail.ru
Özət
Yallı Naxçıvanın ənənəvi musiqi irsinin qədim mədəniyyət abidəsidir. Naxçıvanda “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Köçəri”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Hağışda”, “Zarı-zarı”, “Tello”, “Dönə yallı”, “Çolağı”, “Çınq-çınq”,“İkiayaq yallı”, “Qaleyi”, “Ləyli xanı”, “Güleynare”,”Kürdün ağırı”, “Çöp-çöpü”, “Ciran-ciran” və s. kimi yallı növləri var. Əsrlər boyu Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında “yallıların vətəni”, “yallıların məskəni” kimi tanınmışdır.
Açar sözlər: Naxçıvan yallısı, Azərbaycan rəqsləri, Şərur yallısı, Halay, Yallı.
Апош Велийев
Народные игры и Яллы исторически реализование
в Нахчыване
Резюме
Яллы является древний культурный памятником традиционного музыкального наследия Нахчывана. В Нахчыване существует такие разновидности яллы, как «Танзара», «Эл яллысы», «Джопу», «Кази-Кази», «Хойнара», «Шарурскойяллы», «Кочари», «Дордайаг», «Урфани», «Арази», «Сиягуту», «Хальафи», «Ганимо», «Нарейи», «Галадангалайа», «Учайаг», «Учаддым», «Кочду балабан», «Джулумейи», «Хагышда», «Зари-зари», «Телльо», «Доне яллы», «Чолаги», «Чинг-чинг», «Икиаягяллы» «Галейи», «Лейлихани», «Джулейнаре», «Курдунагыры», «Чоп-чопу», «Джыран- джыран.На протяжении веков Нахчыван считался «родиной яллы» среди народов Кавказа, Ближнего и Дальнего Востока, а также Европы.
Ключевые слова: Нахчыванское яллы, Азербайджанские танцы, Шарурское яллы, Халай, Яллы.
Aposh Veliyev
Folk plays and yallı (rings) historically acted in Nakhchivan
Summary
Yalli (a ring) is an ancient cultural monument of traditional music heritage of Nakhchivan. There are some yalli kinds such as “Tanzara”, “El yallisi”, “Gopu”, “Qazi-qazi”, “Hoynara”, “Sharur yallisi”, “Kochari”, “Dord ayaq”, “Urfani”, “Arazi”, “Siyaqutu”, “Khalafi”, “Qanimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Uchayaq”, “Uchaddım”, “Kochdu balaban”, “Gulumeyi”, “Hagıshda”, “Zari-zari”, “Tello”, “Done yallı”, “Cholagi”, “Chinq-Chinq”, “İkiayaq yalli”, “Qaleyi”, “Leyli khanı”, “Guleynare”, ”Kurdun agiri”, “Chop-Chopu”, “Ciran-ciran”in Nakhchivan. During centures Nakhchivan has known as “the land of yalli “, “country of yalli” among nations either in Caucasus or in Near and Middle East, or in Europe.
Key words:Yalli of Nakhchivan, Azerbaijan dances, Yalli of Sharur, Halay, Yalli.
Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində xalqımızın keçmişi, tarixi ilə bağlı bir çox qədim adət və ənənələrimiz bu gün də yaşadılır. Bu diyarın musiqi folkloru geniş janr tərkibinə, zəngin ənənələrə, ifadə vasitələrinə və ifaçılıq xüsusiyyətlərinə malikdir. Bu janrlardan biri bu gün də öz ritmini, ahəngini, birliyini təravətdə saxlayan xalq rəqsləridir. Bu baxımdan, Naxçıvan xalq rəqsləri folklorşünasların, filoloqların, etnoqrafların, arxeoloqların hər zaman diqqətini cəlb etmiş, bu zəngin irs haqqında müxtəlif məqalələr yazılmış, onların tarixi, etimologiyası, etnoqrafiyası, poetik mətni barədə müəyyən fikirlər irəli sürülmüşdür.Ən qədim tarixi dövrlərdən günümüzə qədər yaşayan Naxçıvan xalq rəqsləri bu regionun spesifik musiqi üslubunu və ifaçılıq ənənələrinin özündə əks etdirir. Digər tərəfdən, xalq rəqsləri etnoqrafiya, mifologiya, xalq məişəti, əmək fəaliyyəti, həyat tərzi, bayramlar və mərasimlər ilə bağlı şəkildə yaranmış və yaşamışdır.
Xalq rəqslərinin janr, ifaçılıq, ifadə vasitələri baxımdan ən qədim növlərindən biri də Yallı rəqsləridir. Naxçıvan toylarını yallısız təsəvvür etmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri ilə ətrafdakılara da olduqca xoş təsir bağışlayırlar. İstər Qafqaz, Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında Naxçıvan “yallıların vətəni”, “yallıların məskəni” kimi tanınmışdır. Demək olar ki, Yallı Naxçıvanın ənənəvi musiqi irsinin qədim mədəniyyət abidəsidir. Ulu Öndər Heydər Əliyev hələ 1970-ci illərdə Naxçıvan yallılarını bundan sonra da qorumağı və yaşatmağı tövsiyə etmiş, bu folklor irsimizi “Naxçıvanın tacı” adlandırmışdır. Azərbaycan musiqi tarixinə dair nəşrlərdə də Yallı rəqsinin qədimliyi qeyd olunmuş, bu folklor rəqsinin qədim mərasimlərlə bağlılığı bildirilmişdir (3).
Naxçıvan MR Şərur rayonunda yallının 100-dən artıq növü olub. Böyük sənət adamları Şərur torpağını yallıların beşiyi adlandırıblar. Onlar toy mərasimlərində, el şənliklərində yaşadılıb. Əsrlərin qaynağından süzülüb gələn milli varlığımız sayılan yallılardan “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Köçəri”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Hağışda”, “Zarı-zarı”, “Urfanı”, “Tello”, “Dönə yallı”, “Hağışda”, “Çolağı”, “Çınq-çınq”, “İkiayaq yallı”, “Qaleyi”, “Ləyli xanı” “Hoynare”, “Güleynare”, “Kürdün ağırı”, “Çöp-çöpü”, “Ciran-ciran”və s. belə yallı nümunələrindəndir. 1937-ci ildə deputat kimi seçiciləri ilə görüş zamanı Şərurda olan dahi bəstəkarımız Üzeyir Hacıbəyov Şərur yallıları ilə bağlı belə deyib: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub” (10).
Bəzən “yallı”nı yala bənzədirlər. Yal yan-yana düzülmüş kiçik təpəciklərdir. “Yallı”nı oynayanlar da bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə yan-yana düzülürlər. “Yal” – cərgədir, zəncir xəttidir. Türkiyədə yallıya “halay” deyirlər. Toylarda və bayramlarda iki zurnaçı və nağaraçının müşayiəti ilə oynanan kollektiv rəqs növüdür. Halayda ifaçıların sayı 10 - 15 nəfərdən 80 - 100 nəfərədək ola bilər. Halay zamanı əl-ələ tutmuş kişi, yaxud qadınlardan ibarət dəstələr düzəldilir. Dəstənin başında duran rəqqas yallıbaşı adlanır. Onun əlində dəsmal, yaxud çubuq olur. Axırdakı isə ayaqçı adlanır. Yallı ağır tempdə başlanır, getdikcə sürətlənir, ifaçılar ritmik hərəkətlərlə dövrə vuraraq rəqs edirlər (4; 8).
Ənənəvilik və adət formasını almış yallılar iki şəkildə - rəqs və oyun yallısı olmaqla zaman keçdikcə formalaşmış, yeni-yeni növləri özündə birləşdirərək bu günümüzə gəlib çatmışdır. “Yallı” sözünün arxaik sinonimlərindən biri Çöppüdür. “Çöpü” sözünə Azərbaycan şairi Qətran Təbrizinin (1012-1088) “Divan”ındakı beytlərin birində də rast gəlinir. Beytin izahında “Çöppü” sözünün yallıyabənzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q.Təbrizinin XI əsrdə yaşadığı nəzərə alınsa, ondan əvvəlki əsrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər “Çöppü” adlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur (6).
Naxçıvan MR Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qaya təsvirləri xüsusilə səciyyəvidir. Qayanın mərkəzi hissəsində od və günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insanın təsviri verilmişdir. Naxçıvan şəhərindən 18 kilometr cənubda yerləşən və eradan əvvəl II-I minilliyə aid yaşayış yeri olan Qızılburunda aşkar edilmiş polixrom boyalı küpə üzərindəki rəqs-ifaçılıq təsviri yurdumuzda yallının çox qədim tarixə malik olduğundan xəbər verir. Bu təsvirlər həm də yallıların qədim dünyanın ən nadir sənət nümunələrindən biri olduğunu göstərir. Yallıların ifaçılıq aspektini araşdırdıqda, belə nəticəyə gəlirik ki, tarixi baxımdan ən qədim müşayiət forması əl çalmaq, çırtma çalmaq və atributlar ilə müşayiətdir. Belə ki, istər qədim mərasim mahnılarının və rəqslərinin, istərsə də yallıların ifası zamanı musiqi alətləri ilə müşayiət nisbətən sonrakı əsrlərin məhsuludur. Mərasim icrasında ən qədim müşayiətedici alət insan əlləri olmuşdur. Atributlarla müşayiət isə xalqın əmək məşğuliyyətinin və məişət həyatının təsiri ilə meydana gəlmişdir. Belə ki, musiqi folkloru xalqın mərasimlərilə, xalqın əmək fəaliyyəti, məişəti və həyat tərzi ilə bağlı şəkildə yaşamış və inkişaf etmişdir. Bu baxımdan yallıların ifasında çomaq, qamçı, çubuq, tas, küp, dolab kimi əmək və məişət vasitələrindən istifadə olunması yallıların tarixi qədimliyinə və etnomədəni mahiyyətinə dəlalət edir (7).
Yallı 3 yerə bölünür: sırf musiqi ilə ifa olunan, musiqi və oxuma ilə ifa edilən və musiqisiz dil yallıları.
Dil yallıları – Musiqisiz ifa olunan bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır. Çalğı alətlərinin mövcud olmadığı əski çağlarda, təqribən 10 min il əvvəl yarandığını ehtimal edirlər. İbtidai insanlar toplu halda yaşayır, toplu halda ova çıxırdılar. Hər uğurlu ovdan sonra onun ətrafında dövrə vurur, sevinirdilər. Onlar sevinclərini müxtəlif səslərlə ifadə edirdilər. Bu da dil yallılarının formalaşması sayıla bilərdi. Bəzi ucqar kəndlərin toylarında bu gün də dil yallıları qalmaqdadır. Əlini ağızlarına qoymuş bir dəstə qadının müxtəlif səslər çıxararaq sevinclərini ifadə etməsi dil yallılarının ən gözəl növlərindəndir.
Xoreoqrafiya məzmununa görə yallılar iki növə ayrılır: süjetli və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Köçəri”, “Urfanı”, “Qaladan-qalaya” belə yallı nümunələrindəndir (6).
Bayram Hüseynlinin bir fikri yallı rəqslərinin tarixini və ifaçılığını əlaqəli öyrənmək baxımdan çox maraqlıdır. Onun fikrincə, yallılar “ritmli küy” ilə də müşayiət olunur. “Ritmli küy”lə müşayiət bir neçə növ olur. Bura yallı gedərkən rəqqasların çəpik çalmasından, yanındakı rəqs yoldaşı ilə əl-ələ vurmasından, öz buduna vurmasından, ayaq döyməsindən, çırtma çalmasından alınan ritmli küylər, yallıda istifadə olunan atributların (çomaq, çubuq, qamçı və sairə) zərbindən alınan ritmli küylər və eləcə də tamaşaçıların əl vurmasından, çırtma çalmasından, ayaq döyməsindən alınan ritmli küylər daxildir.
Beləliklə, Bayram Hüseynlinin ”ritmli küy” adlandırdığı müşayiətin aşağıdakı növləri vardır:
- Yallı gedənlərin çəpik və ya çırtma çalması, rəqs yoldaşı ilə əl-ələ vurması, ayaq döyməsi;
- Tamaşaçıların çəpik və ya çırtma çalması, ayaq döyməsi,
-Atributların (çomaq, çubuq, qamçı və s.) zərb ilə vurulması (6).
Yallı rəqsi oxuma və əlçalma ilə də müşayiət oluna bilər. Bu rəqs əvvəllər aydınca əmək xarakteri daşıyardı. Yallı böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən “yallıbaşı” durur. Başqa iştirakçılar isə qollarını açaraq bir-birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir-birilərinin çiyninə qoyurlar.
Yallı rəqsi üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdirildikdən sonra əvvəlki təntənəli və aram yürüşlə tamamlanır.
Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Naxçıvanda zurnaçılar dəstəsi 3 nəfərdən ibarətdir: zurna (solo), züyçü (dəmkeş), çubuq nağara. Çubuq nağarası iri diametrli nağaradır. İfaçı sağ əli ilə ağzı düyülmüş iri çubuqla, sol əli ilə isə yuxarıdan ağzı düz kiçik çubuqla ifa edir.
Xoreoqrafik məzmunlarına görə yallılar iki qrupa bölünür:
Dostları ilə paylaş: |