Meşə də dilə gəlib, Kərəmin cavabında dedi:
Yarın saldı səni olmazın qəmə,
Dayanmazmı yaxşı iyid bu dəmə?
Günəş kimi qondu mənim sinəmə,
Əsli məndən bir gül aldı da getdi.
Kərəm üzünü çaya tutdu:
Abi-həyat kimi daim axarsan,
Haqqın camalına hərdən baxarsan,
Dolana-dolana evlər yıxarsan,
Mənim Əslim buralardan keçdimi?
Çay da dilə gəlib, Kərəmə belə cavab verdi:
Kərəm saxlar onun həmişə yasın,
Yanına almışdı ata-anasın,
Həm içib, həm də doldurdu tasın,
Atların suyuma saldı da getdi”174
Dialoq-xəbərləşmələr üçün müəyyənləşdirdiyimiz təhlil üsulundan istifadə etməklə bu dialoqu modelləşdirməyə çalışaq:
Dostları ilə paylaş: |