Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.28. Bulaq başında qızlarla xəbərləşmə: etnokosmik identifikasiya



Yüklə 2,29 Mb.
səhifə109/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   105   106   107   108   109   110   111   112   ...   269
§ 12.28. Bulaq başında qızlarla xəbərləşmə: etnokosmik identifikasiya
Kərəm “bir gün yol getdikdən sonra bir bulaq başında bir dəstə gəlin-qıza tuş oldu. Əsliyə bənzər bir qız görüb, sa­zı­nı alıb sinəsinə, görək nə deyəcək. Aldı Kərəm:
Su başında duran gəlinlər, qızlar,

Allı gəlin, xan Əslimə bənzərsən.

Doğrusun söylərlər haqqı sevənlər,

Xallı gəlin, xan Əslimə bənzərsən.
Kərəm belə deyəndə haman qız qulac saçlarını sinə sazı elə­yib, görək Kərəmə nə cavab verdi. Aldı qız:

Aşıb, aşıb qarlı dağlar gəlibsən,

Var get burdan, sənin yarın deyiləm.

İtirdin ağlını, düşdün çöllərə,

Var get burdan, sənin yarın deyiləm...”182.
Təhlil göstərir ki:

– Kərəmin qızla dialoqu süjetüstü formasına görə aktiv (iki­tərəfli) xəbərləşmədir.



– Məqsəd etnokosmik identifikasiyadır: Kərəm qızın Əs­li olub-olmadığını bilmək istəyir. İdentifikasiya qızın et­no­kos­mik əla­­mətləri (“Əslitək yanağında xalı”; “İncədən incə be­li”; “Də­ha­nında baldan şirin dili”) ilə Əslinin Kərəmə məlum olan et­no­­kosmik kimlik əlamətləri arasında eyniləşdirmə-tutuşdurma pro­seduru aparmaqla həyata keçirilir.

– Bərpa etdiyimiz kosmoloji sxem-süjetin böyümə mən­ti­qinə görə qızlarla etnokosmik identifikasiya-xəbərləşmə, bir qay­da olaraq, keçid məkanlarında aparılır. Kosmoloji sxem-mən­­­tiq bu dəfə də özünü göstərir. Ritualın icra olunduğu mə­ka­­­nın keçid/aralıq məkanı olmasının süjetüstündə iki izi/işarəsi qal­­mışdır:

Birincisi, Kərəmin qızlara bulaq üstündə rast gəlməsi. Kos­­moloji xronotopda bulaq dünyalar arasında keçid məkan-me­xanizmidir.

İkincisi, Kərəm şeirdə qıza üç dəfə “allı qız”, yəni “qır­mı­­zı paltarlı qız” deyə müraciət edir. Qırmızı keçid/aralıq fa­za­­sının rəngidir.

Beləliklə, Əslini qaçıran Keşiş Kərəmi azdırmaq üçün Xaosun dərin qatlarına/məkanlarına çəkilir. O, bir qat/mə­kan­dan di­gər qat/məkana keçid fazalarında Kərəmə daim tələ qu­rur. Bu tələ tilsimlənərək Əsliyə oxşadılmış qız­lar­dır. Həmin qızlar epik funk­siyaları baxımından “yalançı (yan­lış) nişan­lı”lardır. Kərəm etno­kosmik identifikasiya ri­tualı ke­çi­rərək, tilsimi qırır, yalanın üstünü açır. O, bununla Xaosun növ­bəti qat/məkanına keçid əldə edir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin