Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə12/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   8   9   10   11   12   13   14   15   ...   269
Nigar xanım semantemi – Azərbaycan etnik-mədəni sis­teminin bioloji bütövlüyünü hərəkətə gətirən və təmin edən funksional modeldir. Sistemin məhvolma təhlükəsi zamanı etnosun fiziki gücünü təmsil edən kişi ünsürünün milli immun sistemini hərəkətə gətirməyə gücü çatmayanda, milli immun sistemi ehtiyat potensialı – qadın gücünü işə salır. At üstündə, əlində qılınc təsvir olunan Nigar xanım obrazı bu halda xalqın qadın potensialının milli hərəkət enerjisinə çevrilməsinin üsulu, kodu, sxemi, düsturu rolunu oynayır.

Aşıq Qərib, yaxud Aşıq Kərəm semantemləri – Azər­baycan xalqının gerçəkliyə münasibətinin mənəvi harmoniya formullarıdır. Xalqın mənəvi potensiyası bu obrazlar vasitəsi ilə mənəvi davranış formuluna çevrilir. Xalqın psixikasında yaşayan amorf arxetiplər Aşıq Qərib // Aşıq Kərəm kimi ob­raz-mexanizmlərdən keçməklə mədəni özünüifadə formala­rı­na transformasiya olunur”10.

Sonuncu abzasda “xalqın psixikasında yaşayan amorf arxetiplər” ifadəsi məna vahidi kimi etnokosmik enerjinin ya­ranması və ötürülməsinin (funksionallaşmasının) konkret mər­hələsini nəzərdə tutur. Biz bunu mərhələlər olaraq, təqri­bən, aşağıdakı kimi təsəvvür edirirk:




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin