Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə133/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   129   130   131   132   133   134   135   136   ...   269
Kosmoloji təhlil:

– Əslinin Kərəmə gül dərib verməsi identifikativ işa­rə­dir. Gül – sevgililər arasında identifikativ ünsiyyət ni­şa­nə­si­dir. Əslinin Kərəmə gül verməsi onu sınağa çəkməsi, Kə­rə­min bu gülü tanıyıb-tanımamasını yoxlaması deməkdir.

– Kərəm gülü tanıdığını bildirir. Əsli onun öz sevgilisi ol­du­ğuna bir qədər də əmin olur. Bundan sonra Əslinin Kə­rə­min bu yerlərin yanşaqlarına (aşıqlarına) bənzəməməsini bil­dir­məsi onun şaman/qəhrəmana özünü cilddəyişmə yolu ilə xa­oslulara bənzətmək təklifidir.

– Əslinin Kərəmi tanıyandan sonra ürəyinin getməsi kos­moloji baxımdan statusal dəyişiklikdir. Onların keçid mə­ka­nında (bağçada) görüşməsi fərqli statusal məkan və rejim­lər­­də qarşılaşması deməkdir. Keçid onları birləşdirməlidir. Bir­ləşmə üçün identifikasiya proseduru aparılır: Kərəm Əs­li­ni, Əsli də Kərəmi tanıyır. Bunların birləşməsi üçün birinin keçid­dən keçərək o birisinin olduğu məkana daxil olması la­zım­dır. Başqa sözlə, onların birləşməsi məkanın və statusun ey­niliyini tələb edir. Əslinin ürəyinin getməsi onun ölüb-di­ril­mə ilə statusunun dəyişilməsi, Kərəmlə eyni məkani statusa da­xil olması deməkdir. Bu, nağıl kodu ilə Kərəmin Keşişin til­simini sındırması deməkdir.

Beləliklə, Kərəmlə Əslinin arasında dörd identifikasiya ak­tı baş verir: Birində Kərəm Əslini tanıyır, üçündə özünü Əs­liyə tanıdır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin