Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə135/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   131   132   133   134   135   136   137   138   ...   269
Üçüncü identifikasiyada Kərəm Əslinin sınaq formulu ki­­mi ortaya qoyduğu əsas identifik işarəni (onların sevgisinin rəm­zi olan gülü) tanımaqla özünün Kərəm olduğunu tanıdır. Bu – tam tanımadır.

Bununla etnokosmik identifikasiya – kişi və qadın baş­lan­ğıclarının kosmoloji kimlik kodları əsasında eyniləşdirmə ri­tualı başa çatır. Bu, çox mürəkkəb identifikasiya ritualıdır. Əv­vəlcə Kərəm Əslini tanıyır, daha sonra özünü ona tanıdır. La­kin Əslinin onu tanıması üç mərhələdə baş verir. Başqa söz­lə, Kərəm özünü üç dəfəyə tanıtdığı kimi, Əsli də onu üç də­fəyə tanıyır. Lakin Əsli identifikasiya prosedurunun passiv fi­quru deyil: tanıma/tanıtma qarşılıqlı şəkildə baş verir. Əsli hər dəfə Kərəmi sınağa çəkir. Demək, Kərəmin özünü ta­nıt­ma­sı epik mətnin süjet strukturu baxımından sınaq formulu de­məkdir. Əsli onu üç dəfə sınayır:

Birinci dəfə Kərəmin kosmoloji mənsubiyyətini (hansı dün­yadan olmasını) yoxlayır;

İkinci dəfə sevgili/qəhrəmanın malik olmalı olduğu şa­man qabiliyyətini (çevrilmə/dönərgəlik) yoxlayır;

Üçüncü dəfə Kərəmin onlara aid olan əsas iden­tifi­ka­siya nişanəsini (gülü) tanıyıb-tanımadığını (bilib-bilmədiyini) yox­layır.

Göründüyü kimi, Kərəmlə Əslinin arasındakı identi­fi­ka­siya aktı kosmoloji kontinuum (məkan-zaman sistemi) ba­xı­mın­dan mediativ kommunikasiyadır. İnformasiya mübadiləsi kos­moloji başlanğıclar arasında gedir:



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin