Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Kişi ------------------------------- Qadın



Yüklə 2,29 Mb.
səhifə136/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   132   133   134   135   136   137   138   139   ...   269
Kişi ------------------------------- Qadın

Şaman --------------------------- Ruh

Qəhrəman ---------------------- Sevgili

Diri ------------------------------- Ölü

Tilsimaçan ---------------------- Tilsimlənən

Yerüstü -------------------------- Yeraltı
Fərqli dünya qütbləri (kosmos-xaos) arasında (bir-bi­ri­nə) keçid məkanı – ortaq məkan olduğu kimi, bu fərqli dün­ya­la­rı təmsil edən fərqli informasiya kodları arasında da ortaq in­formasiya kodu var. Bu kod Kərəmlə Əsliyə aiddir. Həmin in­formativ kod Kərəmlə Əslinin mənsub olduqları dünya mo­de­linin bütün səviyyələrini əhatə edir. Bu cəhətdən ta­nıt­ma/sınaq proseduru həmin informativ dünya səviyyələrinin ha­mısını əhatə edir. Əsli özünü dünya modelinin müxtəlif sə­viyyə­lərinə xas informasiya kodları ilə tanıdan Kərəmi həmin kod­lar üzrə sınağa çəkir. O, Kərəmi:

bir buta aşiqi (təsəvvüfi kod);

bir sevgili (etnokosmik kod);

bir şaman (magik-animistik kod);

bir diri (ritual kodu);

bir kosmoslu (kosmoloji kod)

– olub-olmamaq baxımından sınağa çəkir.

Bu tanınma/eyniləşdirmə aktı identifikativ işarələrin oxun­­ması/tanınması əsasında aparılır. Kərəm və Əslinin və bu­­na müvafiq olaraq onların təmsil etdiyi dünyaların arasında or­taq işarələr sistemi – ümumi semiotik sahə var. Bu sahə kos­moloji kontinuumda aralıq faza – keçid mərhələsidir. De­­mək, keçid mərhələsində görüşmək, yaxud bu mərhələyə da­­xil olmaq ortaq semiotik işarələr rejiminə keçmək de­mək­dir. Kərəm bir kosmoslu kimi ölüb-dirilmə ritualından ke­çə­rək bu rejimə daxil olmuşdur. O, liminal varlıq, ikili struktura (di­ri ölü) malik trikster kimi xaosa daxil olsa da, kosmoloji-psi­xik (psixosomatik) statusu etibarilə Kosmosla Xaosun or­ta­sın­dakı liminal/aralıq/astana fazasındadır. Əslini tilsimləyən Ke­şiş onun kosmoloji statusunu dəyişdirmişdir: Əsli Xaosda ölü/ruh statusundadır. Kərəmlə Əsli arasındakı etnokosmik iden­tifikasiya ritualı Əslinin “ölü” statusundan “diri ölü” sta­tu­suna keçməsini təmin edir: Süjetüstündə Kərəmi tanıyan Əs­­linin ürəyinin getməsi süjetaltında onun “ölü” statusundan “di­­ri ölü” statusuna qayıtması deməkdir. İndi Kərəmlə Əsli Xaosda eyni kosmoloji rejimdə (“diri ölü”) və eyni semiotik işarə sahəsində (aralıq dünyada) yerləşirlər.

Qeyd edək ki, bizim psixosomatik terminlərdən istifadə ilə səciyyələndirdiyimiz “diri ölü” statusu Oğuz kosmoloji dü­şüncəsinə xas terminlərlə “yalançı ölü” deməkdir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin