Əlaqəli olaraq: qadın, qız;
Qurtuluş arzusunun hədəfi olaraq geniş anlamda: kilsə, universitet, şəhər, ölkə, göy, torpaq, meşə, dəniz, axar su;
maddə, yeraltı dünyası, ay;
Doğum və dölləmə yeri olaraq dar anlamda: tarla, bağça, qaya, mağara, ağac, bulaq, dərin quyu, gül;
Daha dar anlamda: bətn, oyulmuş forma232.
Bu cəhətdən Kərəmin yol boyunca qarşılaşdığı keçid/adlama mexanizmləri olan Əsliyə bənzər qız(lar), şəhər(lər), ölkə (lər), su(lar), yeraltı dünyası, bağça(lar), qaya(lar), ağac(lar), bulaq(lar) və s., göründüyü kimi, onun Yer Anaya doğru hərəkətini və eyni zamanda elə yerin/yeraltının obrazı olan Yer Anadakı hərəkətini simvollaşdırır.
Beləliklə, kosmoloji məntiqə görə, Kərəm Qəhrəman/Şaman kompleksinin daşıyıcısı kimi, süjetin sonrakı inkişafında sınaq/keçid mexanizmləri, etnokosmik identifikasiya prosedurları üzləşəcəkdir. Biz, yenə də eyni məntiqə görə, Kərəmin Yer Ana arxetipini təmsil edən obrazla qarşılaşmasına da şahid olmalıyıq.
Dostları ilə paylaş: |