Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


diri adam; ritualda şərti olaraq ölən



Yüklə 2,29 Mb.
səhifə156/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   152   153   154   155   156   157   158   159   ...   269
diri adam;

  • ritualda şərti olaraq ölən adam;

  • ritualda dirilən adam.

    Bu, Qəhrəman/Nişanlının kosmoloji süjetdə Yer Ananın ya­nında keçdiyi ritualın funksional struktur sxemidir: diri-ölü-diri.

    – Qəhrəman/Nişanlının “ölüb-dirilməsi” sxeminin “ölüb-doğulma” olduğunu süjetüstündə Kərəmin Haqq aşığı ol­masını son olaraq Hüsniyə xanımın elan etməsi təsdiq edir. Hüs­niyə xanım hamıya elan edir ki, Kərəm Haqq aşığıdır. Bu, Kə­rəmin təsəvvüfi kodla Haqq aşığı adlandırılması, kos­mo­lo­ji kodla Nişanlı/Qəhrəman adlandırılmasıdır.



    Adlandırma kosmoloji düşüncədə birbaşa doğu­luş/ya­ra­dılışla bağlıdır. Mifologiyada bir element doğulmasa, ad­­lana bilməz. Bir elementə ad verilirsə, demək, o do­ğul­muş­dur.

    Beləliklə, Kərəmin Hüsniyə xanım tərəfindən Haqq aşı­ğı adlandırılması kosmoloji kodla doğulmadır: inisiasiya ri­tu­alında yeraltına enən Qəhrəman öz köhnə statusunda ölür və Yer Ana onu Nişanlı/Qəhrəman statusunda doğur.

    – Toy elan olunması hər iki kod (təsəvvüfi və kosmo­lo­ji) üzrə sınağın başa çatması, tamamlanması deməkdir.

    Göründüyü kimi, Kərəm Xaosun mərkəz-nüvəsində üç mər­hələli sınaq/imtahandan keçir: Paşanın yanında bir­pil­lə­li birinci mərhələ, Hüsniyə xanımın qızlarla icra etdiyi üç­pil­lə­li ikinci mərhələ və qəbristandakı birpilləli üçüncü mər­hə­lə.

    – İndi Qəhrəman/Nişanlı öz nişanlısı ilə birlikdə Kos­mo­sa dönməlidir.



    Yüklə 2,29 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   152   153   154   155   156   157   158   159   ...   269




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin