Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə165/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   161   162   163   164   165   166   167   168   ...   269
Beləliklə, kosmoloji sxemə görə:

– Əslinin Kərəmin sevgilisi olmasının üzə çıxması ilə Ya­lançı bəyin 40 günlük bəyliyi başa çatır: Yalançı bəy Hə­qi­qi bəylə əvəz olunur.

– Yalançı bəy Həqiqi bəyi 40 günlüyə əvəz edə bilər. Oğuz kosmoloji düşüncəsində 40 gün inisiasiya (keçid) müd­də­­tidir. Beyrək toyda 40 günlüyə oğurlanır. Bu müddətdə o, Xaosda olur. Ritual oğurluğun müddəti 40 gün olduğu kimi, onu Kosmosda əvəz edən Yalançı bəyin (Yalancığın da) də bəy­liyi 40 gün çəkir. 40-cı gün Həqiqi bəy (Beyrək) qayıdıb gə­lir və yalançı toy həqiqi toyla əvəz olunur.

– Beyrək toyda oğurlandığı kimi, toyda da qayıdıb gəlir: toyun 1-ci günü oğurlanır, 40-cı günü qayıdır. Bu, sabit kos­mo­­loji struktur sxemidir. O, “Əsli-Kərəm” dastanında da özü­nü dəyişməz şəkildə qoruyur (təsdiq edir): Kərəmin atası Zi­yad xan toy təyin edir: Əsli toyda oğurlanır. İndi də Hələb pa­şa­sı toy təyin edib: demək, Əsli toyda oğurlandığı kimi toyda qa­yıdıb gəlməlidir.

– “Beyrək-Banuçiçək” modelində Beyrək oğurlanır: bu müd­dətdə o, Xaosda olur. “Kərəm-Əsli” modelində isə Əsli oğur­lanır. Zahirən fərq alınır: birincidə – bəy, ikincidə – gəlin oğur­lanır. Lakin kosmoloji mahiyyət dəyişməz qalır. Bey­rə­yin oğurlanması Xaosa keçid mexanizmidir: o, Xaosa oğur­lan­ma mexanizmi vasitəsilə adlayır. Əslinin oğurlanması da Xaosa keçid mexanizmidir: Əsli oğurlanaraq Xaosa aparılır, Kə­rəm də onun ardınca Xaosa enir.

– Əsli oğurlandığı müddətdə Xaosda olduğu kimi, Ba­nu­çi­çək də Beyrəyin Xaosda olduğu müddətdə Yalançı oğlu Ya­lan­çığın xaoslaşdırdığı məkan-zaman kontinuumunda (xaoso­lo­ji ritual rejimində) olur. Demək, toyda oğurlanan Beyrək 40 gün ərzində Xaosda inisiasiyadan keçdiyi kimi, Banuçiçək də həmin müddətdə xaoslaşdırılmış kontinuumda inisiasiyadan keçir. Bu, toyda oğurlanan Əslinin, onun ardınca isə Kərəmin 40 gün müddətində inisiasiyadan keçməsi deməkdir.



– Toyda oğurlanmış Beyrək Kosmos-Xaos-Kosmos kos­mo­loji sxeminə əsasən yenidən toyda Kosmosa dönür. Bey­rə­yin paradiqması olan Kərəm də toyda Əslinin oğurlanmsı ilə Xaosa enir: demək, o da eyni sxemə əsasən Kosmosa dön­mə­lidir və bu dönüş toyda olmalıdır. Doğrudan da, Hələb pa­şası Keşişin bütün müqavimətinə baxmayaraq toy təyin edir.

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin