Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Psixikada – Kosmos-Xaos-Kosmos sxemi Şüur – Təh­təl­şüur – Şüur



Yüklə 2,29 Mb.
səhifə173/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   169   170   171   172   173   174   175   176   ...   269
Psixikada – Kosmos-Xaos-Kosmos sxemi Şüur – Təh­təl­şüur – Şüur səviyyəsində gerçəkləşir.

Təkrar yaradılış Xaosda olur. Kosmoloji düşüncə xaoso­lo­ji yenidənqurulmanı kosmik obrazlar (kateqoriyalar) va­si­tə­si­lə təqdim edir. Başqa sözlə, kosmoloji çağ insanı xaosu kos­mos materiyasında təsəvvür edir. Halbuki insan psixikasında kos­mos və xaosla təqdim olunan şuür və təhtəlşüur fərqli ma­te­­riya səviyyələridir. Şüur – formalı materiyadan, təhtəlşüur – for­masız (amorf) materiyadan təşkil olunur. Kosmos – maddi ger­çəklik, xaos – qeyri-maddi, mənəvi materiyadır. Mifdə hər iki materiya tipi eyni materialda təqdim olunsa da, onlar ara­sında fərq qoyulur. Məsələn, Oğuz mifologiyasında Kosmos – Gen dünya, Xaos – Yalançı dünya adlanır. Bu dünyaların əsas fərqi bir-birinin tərs, əks üzü olmasındadır.

İndiki halda “Əsli-Kərəm” dastanı əsasında Şa­man/Qəh­rə­manın Xaosdakı yolunun strukturuna aid nələri və necə öy­rənmək olar?

Buraqədərki tədqiqat bizə yolun:

– xaosoloji ritmlərini, yəni mərhələlərini;

– hər ritm/mərhələni təşkil edən elementləri;

– mərhələlərin alqoritmlərini, yəni hərəkət/işləmə tez­lik­lə­rini –

öyrənməyə imkan verir.

Burada nəzərə alınmalı ilk ən mühüm metodik prinsip tədqiqatçının hansı mətnlə işlədiyini bilməsidir. Biz burada bilavasitə kosmoloji sxemi təqdim edən “ilkin” mif mətni ilə de­yil, onun minilliklər/epoxalar boyunca transformativ də­yi­şik­­­liklərə uğramış mətni ilə işləyirik. Başqa sözlə, sonrakı epo­­­xaların bədii-estetik, ideoloji-fəlsəfi, sosial-mədəni və s. tə­ləbləri inisiasiya ritualının mətndəki təsvirinin strukturunu də­­yiş­dirmişdir. Transformasiyalar davam etdikcə mətn ma­te­rialı şəkildən-şəklə düşmüş, mətnin genetik strukturunu qo­ru­yan kosmoloji sxem mətn materiyasının dərinliklərinə çə­kil­miş­dir (enmişdir). Hər dövrün öz yenidənqurma siyasəti kos­mo­loji sxemin elementlərini bəzən pərən-pərən salmış, yerini də­­­yişdirmişdir. Bu, “Əsli-Kərəm” dastanında da müşahidə edi­­­­lir. Məs., kosmos, kosmosla xaos arasında aralıq məkan, xaos həm şəklini dəyişmiş, dövrün öz şəkillərini qəbul etmiş, həm də artıq mif məntiqi ilə deyil, boy, namə, dastan məntiqi ilə işləyən sənətkarların improvizasiyaları nəticəsində onları təş­­kil edən elementlərin məkani düzümündə dəyişikliklər ya­ran­mış, bəzi elementlər ümumiyyətlə itmişdir. Lakin ritmlərin struktur sxemini təşkil edən əsas elementlər, bizcə, yerindədir.

Tədqiqatçının nəzərə almalı olduğu ikinci ən mühüm me­todik məqam kosmoloji ritmlərin sərhədlərinin hansı prin­siplə, hansı qəlib-modellə müəyyənləşdirilməsidir. Kərə­min yo­­lu ke­çid mexanizmlərindən, sınaq-meneələrdən, mə­kan-ma­­neələrdən və s. təşkil olunur. Burada hər bir ritm/mər­hə­lə­nin onu təşkil edən elementlərdən hansı ilə başlaması və hansı ilə bitməsini müəyyənləşdirmək lazımdır. Təbii ki, bu zaman əsas olan keçid mexanizmlərini tanımaqdır. Çünki hər hansı keçid keçildikdən sonra yeni ritm/mərhələ başlanır, yaxud baş­lanmalıdır. Lakin rast gəldiyimiz keçid mexanizm­ləri ob­ra­zına və funksiyasına görə müxtəlifdir. Hər keçid ritm ya­rat­mır. Bizcə, hər bir ritm ya Əsliyə oxşaq qız, ya da Əslinin özü ilə tamamlanır. Bunun əsa­sında mifin, eposun və təsəvvüfün uni­versal qovuşma/bir­ləş­mə/vəhdət/vahidləşmə prinsipi du­rur. Diqqət edək:

Kərəm və Əslinin nişanlanması – Vəhdət/Birlik/Vahid;

Keşişin Əslini qaçırması – Ayrılıq/Qütblənmə;

Kərəmin Əsliyə doğru yolunda məqsəd – Qo­vuş­ma/Va­hid­­ləşmədir.



Kərəm Əsliyə doğru, ona qovuşmaq üçün yol gedir. Hər də­fə onu tapır, lakin bu, bəzi hallarda Əslinin özü, əksər hallarda Əslinin özü yox, onun əvəzedicisi, yəni Keşişin til­sim­ləyərək Əsliyə oxşatdığı qız olur. Lakin Kərəm hər də­fə­sin­də yoluna davam edir. O, öz yolu boyunca dəfələrlə Əs­li­nin əvəzedicisinə rast gəlir. Ona hər dəfə elə gəlir ki, məq­sə­dinə çatmış, yəni Əsliyə qovuşmuş və yol tamamlanmışdır. La­kin aldandığını görən Kərəm usanmır (bezmir, qorxmur), ye­nidən yola qədəm qoyur. Beləcə, Kərəmin yolu hər dəfə ye­ni­dən başlanır: bu da öz növbəsində hər dəfə yeni bir ritm/mərhələnin başlanması deməkdir. Beləliklə, Kərəmin yo­lu təkrarlanan ritm/mərhələlərdən təşkil olunur. Hər ritm Kə­rəm­lə başlanır və Əsli (ya əvəzedicisi, ya da özü) ilə ta­mam­lanır. Bu qapalı-ritmik təkrarlanma Kərəm Əsliyə həqi­qə­tən qovuşana, parça­lanmış Vahidin Kərəm və Əslidən iba­rət Qütbləri bir-birinə qovuşub Vahidləşənə qədər davam edir.

Qeyd edək ki, Əslini əvəz edən qız Oğuz mifoloji ter­min­­ləri ilə Yalançı nişanlı adlanır. O, semantik mənsu­biy­yə­tinə görə Yalançı Dünya, Yalançı Bəy elementləri ilə eyni sı­ranı təşkil edir. Əvəzedici qız ritual funksiyasına görə – Əvəz­edici Əsli, mifoloji semantikasına görə – Yalançı Əs­li­dir. Biz modelləşdirmə zamanı Oğuz mədəniyyətinin özün­də­ki addan (Yalançı Əsli) istifadə edəcəyik.

İndi Kərəmin yolunu müəyyənləşdirdiyimiz forma/qəlib əsasında modelləşdirməyə çalışaq.

Dastanda Keşişin toya hazırlıq adı altında aldığı üç aylıq möh­­lət başa çatandan sonra Ziyad xan və Kərəm böyük bir dəs­tə ilə keşişin evinə yola düşürlər. Kərəm səbr etməyib atını çapa-çapa sürür. O, yolda Keşişin Əslini oğurlayaraq qaç­dı­ğı­nı öyrənir. Kərəm Əslinin ardınca düşür. Yolda Dağla xə­bər­lə­şir. Daha sonra Əslinin qaçırıldığı ilk keçid məkanına – Ba­ğa gəlir. Burada Bağla, Yurdla, Ağacla, Evlə və sonda Əsliyə bənzər Qızla xəbərləşir. Beləliklə, ilk ritm/mərhələ Kərəmlə başlayıb Əvəzedici/Yalançı Əsli ilə bitir:



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin