Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 2. Kosmosdan Xaosa keçid: vasitə və rejim



Yüklə 2,29 Mb.
səhifə186/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   182   183   184   185   186   187   188   189   ...   269
§ 2. Kosmosdan Xaosa keçid: vasitə və rejim
İçib sərxoş olan Qazan bəylərə ova getməyi təklif edir. Tək­lif iki Oğuz bəyi (Dəli Tondaz və Qaragünə oğlu Qa­ra­bu­daq) tərəfindən qəbul və təsdiq olunur. Bu motiv kosmosdan xaosa keçid ritualıdır. Kosmoloji sxemə görə:

– Qazanın qurdurduğu məclis (ziyafət/qonaqlıq) janrı ba­xımından Qalın (Bütün) Oğuzun hər iki qolunun (İç Oğuz və Daş Oğuz) toplandığı toy törənidir. Toy – etnokosmik ma­hiyyə­tinə görə bütün hallarda mərasim/ritualdır.

Şərab (eləcə də narkotik bitkilər) – şaman və bir sıra xalq­ların ibtidai ritual praktikasında mediasiya vasitəsidir: şa­man, yaxud inisiasiya ritualının başqa subyekti spirtli içki va­si­təsilə bir dünyadan o birisinə, bir psixoloji haldan o birinə ke­çir. Qazanın və başqa oğuz bəylərinin sərxoş olması onların ri­tual psixoloji baxımından, ən azı, kosmik psixologiyadan qop­maları/ayrılmaları anlamına gəlir. Onlar şərab vasitəsilə kos­mik psixoloji hal/məkandan xaotik psixoloji hal/məkana trans­formasiya olunurlar.

– “Ov” etnokosmik konsept kimi – istər oğuzların, is­tər­sə də başqa xalqların kosmoloji düşüncəsində xaosla bağ­lı­dır. Ova getmək – xaotik qüvvələrlə döyüşə girib qənimət əl­də etməkdir. Bu cəhətdən, “ov” oğuzların kosmoloji an­la­yış­la­­rı baxımından “yağma(lama)” konseptinin məna cərgəsinə aid paradiqmadır.

– “Ov” kosmoloji məkan kimi – Kosmosla Xaos ara­sın­da aralıq/diffuz zonadır. Ovda olmaqKosmosla Xaos, kos­mik varlıqlarla xaotik varlıqlar arasında olmaq deməkdir.

– Qazanın ov təklifinin bilavasitə xaosla bağlılığı hə­min təklifin kimlər tərəfindən qəbul və təsdiq olunmasında ifa­də olunur. Dastan mətni məclisə cəm olunmuş Oğuz bəy­lə­ri içərisində yalnız iki bəyin – Dəli Tondaz və Qaragünə oğlu Qa­rabudağın təklifə “reaksiyasını” təqdim edir. Məclisdə da­ha yüksək mövqeyə malik bəylər, məsələn, Qazanın dayısı və Daş Oğuzun başçısı Alp Aruz da iştirak edir. Lakin ov təklifi məhz bu iki bəy tərəfindən “məsləhət bilinir”.



– KDQ mətnində Dəli Tondaz və Qaragünə oğlu Qa­ra­bu­daq “ov” konsepti ilə heç bir xüsusi işarə ilə bağlanmırlar: das­tan onları heç bir halda “xüsusi” ovçu statusunda təqdim etmir. Demək, Qazanın ov təklifinə bu iki bəyin reaksiya ver­mə­si baş­qa bir statusla balıdır. Bu statusun izləri onların ad­la­rın­da qalmışdır.

Dəli Tondaz adındakı “dəli” işarəsi Tontazın ini­sia­si­ya ri­tualları ilə bağlı subyekt olduğunu ortaya qoyur. Oğuz et­no­kos­mik düşüncəsində “dəli” bir sosial fazadan digər fazaya ke­çid prosesində olan subyekti bildirir. Demək, Tontaz bir “də­li” kimi liminal/keçid/astana varlıqdır və kosmoloji məkan (və psi­xi­ka) etibarilə Kosmosla Xaos arasındadır. Bu halda ov tək­lifinə Tontazın reaksiya verməsi onun Xaosla bağlı sub­yekt olduğunu bil­dirməklə yanaşı, ov ritualının da Xaosla bağ­lı­lığını təsdiq edir.



Qaragünə oğlu Qarabudaq adındakı “qara” işarəsi bir­­başa Xaosla bağlı semantemdir. Ata “Günə” və oğul “Bu­daq” – hər ikisi Xaos dünyası (Qara dünya) ilə bağlıdır. Xaos­la bağ­lılığın ata və oğulun genetik silsiləsində təkrarlanması bu ob­razların finksional strukturunu funksiyası Yeraltı/Xaos dün­­yasına enmək olan Qara Şaman arxetipi ilə bağlayır. Bu hal­da ov təklifinə Qarabudağın reaksiya verməsi onun da Ton­taz kimi Xaosla bağlı subyekt olduğunu bildirməklə ya­na­şı, ey­ni zamanda ov ritualının Xaosla bağlılığını bir daha təs­diq­ləyir.

– Göründüyü kimi, kosmoloji sxem-süjetdə Tontaz – Kos­mosla Xaos arasında yerləşən aralıq/liminal məkanla bağ­lı “də­li”, (Qara) Budaq isə – Xaos dünyası ilə bağlı Qara Şa­man­dır.

– Ziyafət motivində Kosmosdan Xaosa keçidin vasitəsi – şə­rab, rejimi – ov ritualıdır.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin