§ 2. Etnokosmik könflikt: strukturu və həlli modeli
Beləliklə, övladsızlıq formulu özü ilə etnokosmik konflikt – həyat-ölüm ziddiyyəti gətirir. Mifoloji düşüncə konfliktləri özünəməxsus üsul və vasitə ilə həll edir. Onlara diqqət edək. K.Levi-Stros yazır ki, mif, adətən, qarşıdurmalarla əməliyyat aparır və mediasiyaya, yəni onların tədricən aradan qaldırılmasına çalışır26. Yəni alimə görə, mif daha kəskin ziddiyyətləri daha yumşaq ziddiyyətlərlə əvəz etməklə həllə doğru gedir (işləyir)27.
Bu, mifoloji düşüncənin konfliktləri həll etmə üsuludur. Vasitə isə ritual mexanizmidir. Harada konflikt yaranırsa, orada ritual mexanizmi işə düşür. V.N.Toporov rutualın aktuallaşma sxemi və funksional strukturunu belə ümumiləşdirib:
Dostları ilə paylaş: |