§ 11.2. Şaman/Qəhrəmanın Su ilə xəbərləşməsi:
alqış və iz “oxuma”
Qazan “qonur atını önçələdi, kafər keçəki yola düşdi, getdi. Qazanın öginə bir su gəldi. Qazan aydır: “Su həq didarın görmişdir. Bən bu suyla xəbərləşim”, – dedi. Görəlim, xanım, necə xəbərləşdi. Qazan aydır:
Çığnam-çığnam qayalardan çıqan su!
Ağac gəmiləri oynadan su!
Həsənlə Hüseynin həsrəti su!
Bağ ilə bostanın ziynəti su!
Ayişə ilə Fatimənin nigahı su!
Şahbaz atlar içdigi su!
Qızıl dəvələr gəlüb keçəki su!
Ağ qoyınlar gəlüb çevrəsində yatduğı su!
Ordumın xəbərin bilürmisin, degil mana,
Qara başım qurban olsun, suyım sana! – dedi”318
Dostları ilə paylaş: |