Kosmoloji sxem/süjetə görə:
Dialoqun tərəfləri: İnsan-Çay.
Dialoqun məkanı: Qazanın Su ilə xəbərləşməsi ilk növbədə onun hələ Kosmosda olduğunu və Xaosa doğru getdiyini göstərir. Su/Çay, adətən, iki dünya arasında sərhədi göstərir. Bu cəhətdən Su/Çay/Dərya Xaosa gedən yolun xronotopunun zəruri elementidir.
Dialoqun məqsədi: Sudan yağmalanmış evin xəbərini (izini) almaq.
Dialoqun informativ tipi: alqış:
– Qazan Suyu tərifləyir.
a) Suyun stixial mahiyyəti (“qayalardan çıxması”) və gücü (“ağac gəmiləri oynatması”) tərənnüm olunur;
b) Su kosmoqonik yaradılışın oppozitiv ünsürlərini (Həyat-Ölüm, Kişi-Qadın) birləşdirən medativ ünsür (binar oppozisiyanı funksionallaşdıran/hərəkətə gətirən üçüncü element) kimi tərənnüm olunur:
Həsən (ə.)/Həyat ------- Su ----------- Susuzluq/Ölüm
Hüseyn (ə.) /Həyat ---- Su ----------- Susuzluq/Ölüm
Bağ/Həyat -------------- Su ----------- Quruluq/Ölüm
Bostan/Həyat ----------- Su ----------- Quruluq/Ölüm
Məhəmməd (s.)/Kişi --- Su ----------- Ayişə (ə.)/Qadın
Əli (ə.)/Kişi ------------- Su ----------- Fatimə (ə.)/Qadın
c) Burada Həsən (ə.), Hüseyn (ə.), Məhəmməd (s.), Əli (ə.), Ayişə (ə.), Fatimə (ə.) islam kosmoqoniyasının arxetipləridir. Bunlar oğuzlar islamı qəbul etdikdən sonra oğuz kosmoqoniyasının uyğun arxetiplərini əvəz etmişlər.
Dostları ilə paylaş: |