Başlanğıc durum – Xaos dünyanı parçalayıb, bütün əvvəlki bağlar pozulub və məhv edilib;
Vəzifə – Kosmos onun tərkib hissələri əsasında bərpa edilməlidir;
Üsul – Qurbanvermə yolu ilə kosmosun sintezi28.
Əgər biz bu deyilənlər boyunca “Əsli-Kərəm” süjetində konfliktləri həllin mifoloji düşüncəyə məxsus üsul və vasitələrini aşkarlayarıqsa, onda bu halda bizim təhlilimizin məntiqi də təsdiq olunar. Bu baxımdan, süjetdə klassik xaos durumu yaranmışdır: xaos – övladsızlıq Ziyad xanın “dünyasını parçalayıb”, quruluşunu “pozub”, gedişat ritmini “məhv edib”.