Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə227/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   223   224   225   226   227   228   229   230   ...   269
§ 16.3. Uruzun ətinin yeyilməsi kosmosyaradıcı

formul kimi
Ətyemə formulunun sxeminə görə, Burla xatun oğlu Uru­zun ətini:

yeməyəcəksə tanınacaq;

yeyəcəksə tanınmayacaq.

Demək, Şöklü Məliyin təklif etdiyi “tanı(n)ma sxemi”, əs­lində, iki semantik qata malikdir:



1. Xaosoloji semantika: Ana öz oğlunun ətindən ye­mə­yə­cək və Qazanın “namusunu sındıracaq”. Bu halda xaosoloji dü­şüncəyə görə, oğulun canı atanın namusundan üstündür. Bu, antikosmik, başqa sözlə, xaosyaradıcı dəyərdir. Burla xa­tun bunu edərsə, xaosyaratmaya – yəni Xaosun yağmalanmış Oğuz kosmosunun məhvi hesabına böyüməsinə səbəb olar.

2. Kosmoloji semantika: Ana oğlunun ətindən yeyəcək və Qazanın namusunu sındırmayacaq. Bu, kosmosyaradıcı də­yərdir. Burla xatun bunu edərsə, Qazanın Oğuz kosmosunu sim­vollaşdıran namusunu qorumuş olur.

Beləliklə, ananın oğlunun ətini yeməməsi – xaos­ya­ra­dı­cı, yeməsi – kosmosyaradıcı formuldur.

Buradan çıxan ən böyük nəticə ondan ibarətdir ki, Uru­zun ətinin yeyilməsi kosmosyaradıcı formul kimi, məhz Kos­mo­sun yenidən yaradılmasına xidmət edir. Beləliklə, xaos­lu­la­rın yağmalayıb gətirdikləri Oğuz kosmosunun yenidən ya­ra­dılması Uruzun ətinin yeyilməsindən asılıdır: Uruzun əti:

yeyilərsə kosmos yaranacaq;

yeyilməzsə kosmos yaranmayacaq.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin