§ 16.5. Qazanın namusu onun “canı” kimi
Diqqət verməli olduğumuz məqamlardan biri epik düşüncədə “namus” semantemi ilə işarələnmiş konseptin oğuz kosmoloji düşüncəsindəki mənasıdır. Kosmoloji düşüncəyə görə:
– Ölərək xaotik hal/psixolojiyə transfer olunmuş Qazanın yenidən dirilməsi onun “namusunun” sındırılıb-sındırılmayacağından asılıdır. Əgər namus sındırılmazsa, bu halda Qazan yenidən diriləcək.
– Göründüyü kimi, ölərək Xaosa daxil olmuş Qazanın dirilməsi üçün onun yenidən can qazanması lazımdır.
– Bu “can” onun namusudur.
– Qazanın canı həm də onun alplıq gücüdür. O, qəhrəmanlıq atributlarından (at və silahlar) məhrum olmaqla bu can/gücü itirmişdir.
– Qazanın canı Burla xatundadır. Burlanın 40 bəy qızını özü olaraq təqdim etməsi Qazanın Şaman/Qəhrəman kimi 40 canının olduğunu göstərir.
– “40” inisiasiya ritualının zaman-məkan vahididir. Bu, məkan kimi – 40 pillə/qat/mənzil, zaman kimi – 40 gün, kosmoloji formul kimi – 40 dəfə ölüb-dirilmə deməkdir.
Dostları ilə paylaş: |