Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 16.6. Namusun daşınma və qorunma funksiyaları



Yüklə 2,29 Mb.
səhifə230/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   226   227   228   229   230   231   232   233   ...   269
§ 16.6. Namusun daşınma və qorunma funksiyaları:

Burla xatun “daşıyıcısı” kimi
Şöklü Məlik Qazanın evini (anasını, arvadını, oğlunu, də­vələrini, atlarını, qoyunlarını, xəzinəsini) yağmalasa da, bir əsas dəyəri ələ keçirə bilməyib. Bu, Qazanın namusudur. Nə qə­dər ki Qazanın namusu sındırılmayıb, onun özünü və kos­mo­sunu yenidən qurmaq imkanı var. Şöklü Məlik bu sonuncu im­kanı – kosmosyaradıcı gücü Qazanın əlindən almaq istəyir. Bu güc indi Burla xatunun əlindədir. Lakin süjetin sonrakı in­ki­şafı göstərir ki, Burla xatun öz kosmoloji funksiyası ba­xı­mın­dan namusun qoruyucusu yox, daşıyıcısıdır. Süjetə diqqət edək:

– Şöklü Məliyin təklifini eşidən Burla xatun qərar qə­bul edə bilmir. Bilmir ki, oğlunun ətindən yeyib onun canını, ya­xud yeməyib Qazanın namusunu qorusun.

– Burla xatunun qərar qəbul edə bilməməyi süjetüstündə ana­nın oğulun məhəbbəti ilə ərin məhəbbəti (namusu) ara­sın­da qalması kimi təqdim olunur. Bu, süjetin üst planıdır və mə­na baxımından süjetüstünün məntiqidir.

– Süjetaltında (kosmoloji sxem-süjetdə) mənzərə fərq­li­dir. Ananın iki yol arasında qalması onun qərar qəbul etmək sə­lahiyyətinin olmaması, bu səlahiyyətin başqa bir adamın əlin­də olması deməkdir.

– Burlanın oğlunun ətindən yeyib-yeməyəcəyinə və be­lə­liklə, Qazanın namusunu sındırıb-sındırmayacağına Oğul – Uruz qərar verməlidir.

Beləliklə, Burla xatun Qazanın namusunun qo­ru­yu­cusu yox, daşıyıcısıdır. Qoruyucu – Uruzdur. Ona görə də Daşıyıcı qərarı bilmək üçün Qoruyucunun yanına gedir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin