§ 17.1. Uruz qurban kimi
Beləliklə, “namusun qoruyucusu” olan Uruz Oğuz kosmosunun bərpası üçün qurban verilməlidir. Bu halda Uruz qurbandır. Diqqət edək:
– Qurbanvermə konseptinin strukturuna görə, qurbanvermənin subyekti, yəni qurban totem əcdaddır.
– Totem əcdad öz nəslinin kosmoloji struktur sxeminin daşıyıcısıdır.
– Ölüb-dirilmə ritualı bu sxem əsasında aparılır. Ritual subyekti əvvəlki statusunda ölür: bu, onun strukturunun dağılması, xaos durumuna keçid deməkdir.
– Strukturu dağılmış subyekt əvvəlki kosmik statusuna qayıtmaq üçün bərpa olunmalıdır.
– Bərpa kosmoloji sxem əsasında aparılır. Bu sxemin daşıyıcısı totem əcdaddır.
– Kosmosun bərpası totem əcdadın qurban verilməsi və onun ətinin yeyilməsi şəklində həyata keçirilir.
– Demək, Uruzun qurban verilməsi kosmosun bərpasına xidmət edir. Bu halda onun öldürülməsi və ətinin yeyilməsi kosmosun bərpasının iki əsas konseptlə bağlılığını ortaya qoyur: ölüb-dirilmə və qurbanvermə.
Dostları ilə paylaş: |