Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 17.3. Dünya ağacı ilə xəbərləşmə: alqış-qarğış



Yüklə 2,29 Mb.
səhifə235/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   231   232   233   234   235   236   237   238   ...   269
§ 17.3. Dünya ağacı ilə xəbərləşmə: alqış-qarğış

Beləliklə, Uruz özünün ölümünə və anasının onun ətin­dən yeməsinə qərar verir. Bu qərar “ölüb-dirilmə” sxemini işə sa­lır. Süjetə diqqət edək:

“Kafərlər Uruzı alub qənarə dibünə gətürdilər. Uruz ay­dır: “Mərə kafir, aman! Tənrinin birliginə yoqdır güman! Qoun məni bu ağacla söyləşəyim”, – dedi. Çağırıb ağaca soy­la­mış, görəlim, xanım, nə soylamış:
“Ağac!” “Ağac!” dersəm sana ərinmə, ağac!

Məkkə ilə Mədinənin qapusı ağac!

Museyi-Kəlimin əsası ağac!

Böyük-böyük suların köprisi ağac!

Qara-qara dənizlərin gəmisi ağac!

Şahi-mərdan Əlinin Düldülinin əyəri ağac!

Zülfüqarın qınilə, qəbzəsi ağac!

Şah Həsənlə Hüseynin beşigi ağac!

Əgər ərdir, əgər övrətdir, qorxısı ağac!

Başın ala baqar olsam, başsız aqac!

Dibin ala baqar olsam, dibsüz ağac!

Məni sana asarlar, götürməgil, ağac!

Götürəcək olursan, yigitligüm səni tutsun, ağac!

Bizim eldə gərək idin, ağac!

Qara hindu qullarıma buyuraydım,

Səni para-para toğrıyalardı, ağac! – dedi”346


Uruzun ağaca mətndə “söyləşmə” adlandırılan müraciəti kos­moloji strukturuna görə dialoq/xəbərləşmədir. Bu söy­ləş­mə/xəbərləşmə Şaman/Qəhrəman arxetipinin paradiqmaları olan Kərəm və Qazanın xəbərləşmələri ilə eyni struktura ma­lik­dir:


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin