Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 17.4. Dünya ağacında ölüb-dirilmə



Yüklə 2,29 Mb.
səhifə237/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   233   234   235   236   237   238   239   240   ...   269
§ 17.4. Dünya ağacında ölüb-dirilmə
Uruzun asıldığı qənarə süjetüstünə görə qəssabların hey­va­nın başını kəsəndən sonra onu soymaq üçün asdıqları düz ağac­dır. Bu ağac süjetaltında dünyanın Göy, Yerüstü və Yer­al­­tı qatlarını modelləşdirən Dünya ağacıdır. Süjetüstündə onun izləri açıq-aydın işarələr şəklində qalmışdır. Diqqət edək:

Birincisi, Uruzun asılması adi bir heyvanın kəsilməsi yox, Qazanın namusunun sındırılması ritualının tərkibinə aid for­­muldur. Bu, Həyat-Ölüm ritualı, başqa sözlə, ölüb-di­ril­mə/inisiasiya mərasimidir. İnisiasiya bütün hallarda me­dia­si­ya tə­ləb edir. Mediasiya, yəni dünyanın qatları arasında hə­rə­kət üçün isə hökmən Dünya ağacı lazımdır. Bu baxımdan “qənarə” Dünya ağacı arxetipinin süjetüstündəki pa­ra­diq­ma­sı­dır.

İkincisi, Uruzun ağaca müraciətində o, istisnasız olaraq, me­diasiya mexanizmi kimi alqışlanır. Bu baxımdan ağac:

– Məkkə və Mədinənin qapısı kimi İçəri ilə Çöl, Sakral məkanla Profan məkan arasında;

– Musa peyğəmbərin (ə.) əl ağacı kimi Allahla (c.c.) İn­san­lar arasında;

– Suların körpüsü kimi fərqli (qarşı) sahil məkanları ara­sında;



– Həzrət Əli əleyhissəlamın atının yəhəri kimi fərqli mə­nəvi məkan/dəyərlər arasında (at mifologiyada birbaşa kos­mosyaradıcı mediatordur);

– Həzrət Əlinin əleyhissəlamın qılıncı Zülfüqarın qəb­zə­si kimi Həyatla Ölüm (Cəhənnəm) arasında;

– Məhəmməd peyğəmbər salavatullahın nəvələri Hə­sən­lə Hüseynin beşiyinin ağacı kimi Həyatla Ölüm (Cənnət) ara­sında;

– Dual kosmoqonik başlanğıclar olan Ərlə Arvad ara­sında...




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin