Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə238/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   234   235   236   237   238   239   240   241   ...   269
    Bu səhifədəki naviqasiya:
  • sual
mediasiya/keçid mexanizmidir.

Üçüncüsü, Uruzun Dünya ağacına qarğış etməsi bir ne­çə konsepti ortaya qoyur:

– Uruzun Şaman/Qəhrəman kimi mistik/mediativ funk­si­yasını;

– Dünya Ağacının asılacaq Uruzun alqışları ilə rəhmə gəl­məməsini və onun canını qəbul etmək istəməsini.

– Uruzun buna görə Ağaca qarğış edərək onu qor­xut­ma­sı­nı.

Bu halda sual: Uruzun bu qədər alqış etdiyi, mediativ var­lıq kimi bütün identifikasiya əlamətlərini bildiyi Ağac nə­yə görə onun canını qəbul etmək istəyir?

Cavab: Ona görə ki, bu ağac kafir dünyasının ağacı, xaosun hakimiyyətini simvollaşdıran Dünya ağacıdır.

Bu cavab bizi Qaraca Çobanın bağlandığı müvəqqəti Dün­ya ağacı ilə olduğu kimi, ikinci dəfə Dünya ağacının məhv edilməsi ilə qarşılaşdırır. Uruzun ağacı öz qullarına kəs­di­rəcəyi ilə hədələməsi kosmoloji semantika baxımından onun həmin ağacın xaosyaradıcı element (antikosmik me­diasi­ya vasitəsi) kimi məhv edilməsinə qərar verməsi de­mək­dir.

Beləliklə, Uruzun ağacdan asılması onun Qaraca Çoban kimi ağacda ölüb-dirilmə ritualından keçirilməsi deməkdir. Bu, eyni zamanda, kosmoloji mahiyyəti etibarilə “ağacda dəfn etmə” aktıdır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin