Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə253/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   249   250   251   252   253   254   255   256   ...   269
NƏTİCƏ ƏVƏZİ
Tədqiqat göstərdi ki:

– Dastan Azərbaycan kosmoloji düşüncəsinin sözlü mətn paradiqması kimi bu düşüncənin strukturunu özündə mo­del­ləşdirir.

– Bu halda kosmoloji düşüncənin strukturu dastanın struk­turunda proyeksiyalanır.

– Kosmoloji düşüncənin əsasında mifik dünya modeli du­rur.

– Kosmoloji çağ insanının (oğuzlunun) mənimsəyə bil­di­yi dünya onun düşüncəsində üç qatdan: “Kosmos-Aralıq dünya-Xaos”dan ibarət struktur şəklində obrazlaşır.

– Bu obraz/model kosmoloji çağ insanı ilə onu əhatə edən (maddi və mənəvi, fiziki və metafizik) dünya/gerçəklik ara­sında istisnasız olaraq bütün əlaqələri həm həyata keçirir, həm də tənzimləyir.

– Kosmoloji çağ insanın bu dünyada – Kosmosdakı hə­ya­tı ölüb-dirilmələrdən təşkil olunur. O, bir yaş qrupundan di­gə­rinə, bir sosial, siyasi, sakral-mistik, sekulyar və s. sta­tus­dan digərinə ölüb-dirilmə formulu ilə keçir.

– Ölüb-dirilmə Kosmosla Xaos arasında mediasiya mo­de­lini nəzərdə tutur.

– Oğuz kosmoloji dünya modelində mediasiyanın üsulu Şa­man/Qəhrəman modeli əsasında həyata keçirilir.

– Şamanlar dünya modelinin müxtəlif qatları arasında hə­rəkət etmək üzrə ixtisaslaşmış peşəkar mediatorlardır.

– Şaman mediasiyası metafizik aləmlərlə hər cür əla­qə­nin universal modelidir. Statusartırma və statusdəyişmə xa­rak­terli inisiasiya rituallarında Xaosa gedib-qayıtmalı olan Qəh­rəman da şaman mediasiya modelindən istifadə edir.

– Şaman və Qəhrəmanın eyni mediasiya sxem/modeli əsa­sında həyata keçirdikləri mediasiya formulu mifin epoxal-trans­formativ proyeksiyası olan dastan materiyasında Şa­man/Qəhrəman arxetipi şəklində modelləşir.

– Şaman/Qəhrəman invariantının Qazan/Uruz/Kərəm... (və s.) paradiqmaları əsasında bərpaya gəlməsi və bunun təd­qi­qatda əldə olunan nəzəri-metodoloji təcrübəsi Oğuz-Türk mifo­logiyasının Azərbaycan folklor materiyası əsasında bər­pa­sı üçün geniş imkanlar açır.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin