mifik davranış kodu ilə – bir silsilənin başa çatması və ölüb-dirilmə yolu ilə o birisinə keçməsi;
təsəvvüfi davranış kodu ilə – aşiq və məşuqun bu dünyada ölərək o biri dünyada dirilmələri;
şaman davranış kodu ilə– ölüb-dirilmə mexanizmi (ekstaz texnikası) ilə ölüm dünyasına enmiş qara şamanın sonda eyni mexanizmlə (ölüb-dirilmə) ilə bu dünyaya qayıtması deməkdir.
Başqa sözlə, dastanın sonunda Kərəm və Əslinin ölümü bütün hallarda dirilməni nəzərdə tutur.
Beləliklə, “Əsli-Kərəm”də göbəkkəsmə nişanlılıq şəklində gerçəkləşən butavermə formulunun arxetipində ilkin əcdadın ilk ana ilə evlənərək dünyanı yaratması formulu durur. Formulun konseptini xaosdan kosmosun yaranması sxemi təşkil edir. Kosmoqonik yaradılış doğuluş şəklində baş verir. Bu halda qəhrəman və onun sevgilisinin doğuluşu kosmoqonik yaradılışı simvollaşdırır. Beşikkəsmə nişanlılıq ilkin kosmoqonik yaradılışda kişi və qadın başlanğıclarının birgəliyini bildirir. Bu arxetip təsəvvüfi düşüncə modelində ilahi tale semantemini gerçəkləşdirən butavermə formuluna çevrilir.