Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


“Toy” – ritual; 2. “Oğurluq”



Yüklə 2,29 Mb.
səhifə48/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   44   45   46   47   48   49   50   51   ...   269
1. “Toy” – ritual;

2. “Oğurluq” – mediasiya formulu (mexanizmi);

3. “Ölüm” – funksiya.

Bu üç semantemin birləşməsi bizə kosmoloji sxemin sin­taqmatik strukturunu belə bərpa etməyə imkan verir: toy­da oğurluq formulu həm də xaos (ölüm) yaradıcı funksiya da­şıyır: kosmik ünsürün xaotik ünsürlər tərəfindən oğur­lan­ma­sı mediasiya aktıdır. Kosmik element ritual ölüm yaradıcı me­xanizm olan oğurlanma formulu vasitəsi ilə ölüm dün­ya­sı­na – xaosa adlayır.

Göründüyü kimi, toyda oğurluq kosmos və xaos dün­ya­la­rı arasında keçidi gerçəkləşdirən mediasiya mexanizmidir. Bu mexanizmin faydalı iş əmsalı ondan istifadə edənlərin et­no­kosmik kimliyinə (identifikasiya göstəricilərinə) bağlıdır: əgər oğurlayanlar öz identifikasiya əlamətlərinə görə kosmosu təm­sil edirlərsə, bu halda oğurluq – kosmosyaradıcı, xaosu təm­sil edirlərsə – xaosyaradıcı funksiya daşıyır. Gəlingətirmə mə­rasimində oğlan evinin qız evindən oğurluq etməsi – kos­mos­yaradıcı, Qara Keşişin Əslini oğurlaması – xaosyaradıcı funk­siyadır. Çünki oğlan evi – kosmosu, Qara Keşiş – xaosu təmsil edir.

Beləliklə, Qara Keşiş Əslini təyin olunmuş toydan oğur­la­maqla onu özünün “qara dünyasına – xaosa – ölüm mə­ka­nına” aparır. Kosmoloji sxemə görə, Kərəmin onun da­lın­ca qürbətə yollanması onun xaosa – ölüm dünyasına sə­fə­ri­dir. Belə ki, qürbət (qəriblik) təsəvvüfi işarə-obraz kimi xaos (ölüm) semanteminin kosmoloji metaforasıdır.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin