Bütövlükdə kitabda qoyulan problemlərin bu təhlilindən sonra deyə bilərik ki, S.Rzasoyun bu tədqiqatı onun bu günə qədərki yaradıcılığından bir qədər fərqli üslub və təhlil modeli üzərində qurulmuşdur. Tədqiqatın ənənəvi standart və qəliblərdə deyil, müstəqil araşdırma kimi ortaya çıxması müəllifin mətn poetikası haqqındakı fikirlərinin daha açıq və aydın şəkildə ifadə olunmasına imkan vermişdir. Burada geniş təhlillər, mətn nümunələri süni şəkildə biri-biri ilə yanaşı qoyulmamış, daha çox hər hansısa bir faktın mədəniyyətdəki müxtəlif semantikalar kontekstində aydınlaşdırılmasına üstünlük verilmişdir.