Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 10. Kərəm xaoslaşdırılmış kosmik məkanda



Yüklə 2,29 Mb.
səhifə51/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   47   48   49   50   51   52   53   54   ...   269
§ 10. Kərəm xaoslaşdırılmış kosmik məkanda
Dastanda Keşişin toya hazırlıq adı altında aldığı üç aylıq müddət başa çatandan sonra Ziyad xan və Kərəm böyük bir dəs­tə ilə keşişin evinə yola düşürlər. Kərəm səbr etməyib atını çapa-çapa sürür. O, yolda iki nəfərə rast gəlir və onlardan Ke­şi­şin Əslini qaçırdığını öyrənir:

“Dedilər:

Kənddə bir keşiş var, onun yanına getmişdik ki, kitaba bax­dıraq, gedib gördük, köç-külfətiynən köçüb gedib.

Kərəm bunu eşidəndə, az qala, ağlı başınnan çıxdı”108.

Bu, Əsli oğurlanandan sonra Kərəmin onun haqqında al­dı­ğı ilk məlumatdır. Kərəmin həmin iki adamla söhbəti ilk ba­xış­da adi bir xəbəralma dialoqudur. Lakin Kərəmin bundan son­rakı hərəkət-fəaliyyətinin məhz bu xəbərləşmə-dialoqlar əsa­sında qurulduğunu nəzərə aldıqda, bu, adi bir söhbət, xə­bər­alma yox, süjetyaradıcı formuldur. Onun sabit mü­na­si­bət­lər strukturunu formalaşdırması belə xəbərləşmə-dialoqların bü­tün süjet boyunca ritmik şəkildə təkrarlanmasında ifadə olu­nur. K.Levi-Strosun yazdığı kimi, təkrarlanma xüsusi funk­siya daşıyır və mifin strukturunu aşkarlayır109.

Kərəmin xaosa səfəri də bir süjet kimi bu ritmik tək­rar­la­nan dialoq-xəbərləşmələrdən təşkil olunur. Bu formul “sə­fə­rin” materialını təşkil edən digər süjetyaradıcı formullarla bir­gə süjeti həm kosmoqonik hadisə kimi təşkil edir, həm hərə­kətə gətirir, həm də etnokosmik akt-hadisə kimi mənalandırır.

Dialoq-xəbərləşmə bütün hallarda iki tərəfi nəzərdə tu­rur: Kərəm və onun tərəf-müqabili. İndiki halda tərəf-mü­qa­bil(lər) insandır. Bu, İnsan-İnsan dialoqu olmaqla Kərəmin hə­lə «kosmosda – bu dünyada – dirilər dünyasında» ol­du­ğu­nu göstərir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin