Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə54/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   50   51   52   53   54   55   56   57   ...   269
Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xə­bər­ləş­mə.

– Süjetüstündə dağ Kərəmə cavab vermir. Lakin iki fakt: bi­rincisi, Kərəmin sonrakı dialoq-xəbərləşmələrində qeyri-in­sa­ni varlıqların ona insan kimi dil açaraq cavab verməsi, ikin­ci­si isə, Kərəmin dağa dediyi şeirin üçüncü bəndində “dağın ver­diyi cavabın” süjetaltının izi kimi qorunaraq qalması Kə­rə­min dağla passiv dialoqunun altında yatan aktiv dialoqu bərpa et­məyə imkan verir. Belə ki, Keşiş Əslini yaşadıqları Zəngi kən­dindən oğurlayıb heç kəsin, o cümlədən Kərəm(gil)in bil­mə­diyi naməlum istiqamətə aparmışdır. Lakin Kərəmin dağa mü­raciətlə dediyi şeirin üçüncü bəndində məlum olur ki, Kə­rəm Əslinin haraya qaçırıldığını həm də bilir:


Dərdli Kərəm bu eşq ilə bişmişdi,

Sevda üçün can-başından keçmişdi;

Əsli, keşiş Xoy üstünə köçmüşdü,

Yol verməyin, başı dumanlı dağlar!111

Beləliklə ziddiyyət alınır: Kərəm Əslinin haraya qa­çırıl­dı­ğını həm bilmir, həm də bilir. Əlbəttə, bu ziddiyyətin das­ta­nın təsəvvüfi strukturu səviyyəsində izahı vardır. Kərəm kə­ra­mət əhlidir: onu himayə edən fövqəlqüvvələr Kərəmə Əs­li­nin hara qaçırıldığını əyan edə (xəbər verə) bilərlər. Lakin unutmaq olmaz ki, qeyb aləmi ilə bağlı informasiyanın əldə edilməsi mediasiya aktı vasitəsilə mümkündür. Kərəm, yaxud başqa bir kəramət sahibi, fərqi yoxdur, o, mediasiya etmədən mə­lumat ala bilməz: məlumatı almağın bütün hallarda üsu­lu, vasitəsi və rejimi var:


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin