Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə55/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   51   52   53   54   55   56   57   58   ...   269
Üsul – mediasiya;

Vasitəmediasiya mexanizmi,

Rejim – ritualdır.

Bu mənada Kərəmin informasiya alması da mediasiya ak­tıdır. Başqa sözlə, hər bir informativ mediasiya aktının əsa­sında universal qamlama mexanizmi, başqa sözlə, şamanın eks­taz texnikası durur. Bu cəhətdən, Kərəmə Əslinin hara qa­­çırılmasının qabaqcadan məlum olması təsəvvüfi kodla kə­ramət aktı, epik-kosmoloji kodla şaman qamlama ak­tı­dır. Dastanda Kərəmlə Dağın dialoqu məhz ibtidai şaman me­diasiya mexanizmini əks etdirir. Şeirdəki ziddiyyət (Kə­rə­min Əslinin hara qaçırıldığını bilmədiyi halda birdən-birə bu­nu bəyan etməsi) bununla bağlıdır. Yəni dastanın qədim va­ri­ant­larında, başqa sözlə, epik-mifoloji mərhələsində Dağ Kə­rəmə Əslinin hara qaçırıldığını söyləyir. Sonrakı prosesdə Dağ­la Kərəmin şeirləşməsi bir-birinə qarışır, Dağın Kərəmə verdiyi cavab Kərəmin dilindən səslənir və bu da ziddiyyət ya­­radır.

Burada bir məsələyə xüsusi diqqət vermək lazımdır: ümu­­miyyətlə, epik mətnin sirləri ziddiyyət, anaxronizm nöq­­tələrində gizlənir. Bu cəhətdən epik mətn təhlil olu­nar­kən nəsrlə nəzmin bir çox hallarda bir-birinə uyğun gəl­mə­di­yi, bir-birini təsdiq etmədiyi məqamlar olur. Təhlil üçün ən qiymətli faktlar elə bu məqamlardır. B.N.Putilov xəbərdarlıq edir ki, eposda biz elə nəğmələrə rast gələ bilərik ki, onların hə­rəsi bir müstəqil bütövdür və hər biri bir epizodun sər­həd­lə­ri çərçivəsində qapanıb qalır. Bu zaman epizodlar arasında əla­­­qə ya çətinliklə bərpa olunur, ya da ümumiyyətlə olun­mur112. Eyni vəziyyətlə burada üzləşirik: eyni motivin iki ar­dı­cıl həlqəsini təşkil edən nəsr və nəzm bütövləri arasında əla­qə sanki yoxdur. Əsli oğurlanmışdır. Kərəm Dağla xəbərləşir və Əslinin haraya qaçırıldığını Dağ Kərəmə demək əvəzinə, Kə­rəm Dağa deyir. Açıq görünür ki, Kərəmin Dağla xəbər­ləş­mə­sinin ilkin şəkli olan aktiv (ikitərəfli) dialoq sonrakı trans­for­masiyalar zəminində süjetaltında qalmış və dialoq indiki passiv (birtərəfli) xəbərləşmə şəklində bizə gəlib çatmışdır. La­kin süjetaltı səviyyə bərpa yolu ilə təhlilə cəlb olunduqda, gö­ründüyü kimi, kosmoloji sxem aşkarlana bilir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin