Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 10.03. Bağ Əslinin ritual öldürülmə məkanı kimi



Yüklə 2,29 Mb.
səhifə57/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   53   54   55   56   57   58   59   60   ...   269
§ 10.03. Bağ Əslinin ritual öldürülmə məkanı kimi
Kərəm Əslinin bağına həm süjetüstündə, həm də sü­jet­altında Əslidən bir nişanə – işarə, əlamət tapmaq üçün gəlir. Və kosmoloji sxemə görə, o, ilk növbədə Əslinin nişanlarını tapmalıdır. Burada yada salmaq lazımdır ki, Kərəm və Keşiş biri – kosmosu, o biri – xaosu təmsil edən funksionerlər ol­maq­la dünya modelində eyni qarşıdurma sırasını təşkil edir­lər. Epik mətndə bu qarşıdurma qoşası Qəhrəman-An­ti­qəh­rə­man sırasını yaradır. Başqa sözlə, Kərəm müsbət (kosmik) işarə ilə nədirsə, Keşiş də mənfi (xaotik) işarə ilə odur: Keşiş hansı səviyyədə xaotik funksiyaya malikdirsə, Kərəm də o səviyyədə kosmik funksiyaya malikdir. Bu cəhətdən Qara Keşiş mənfi işarəli tilsimkar, sehrbaz olduğu kimi, Kərəm də müs­bət işarəli övliya-şamandır. Onun bağa gəlişi məhz övliya-şamanlığı ilə bağlıdır.

Qara Keşiş Əslini oğurlayaraq öz qara dünyasına – Xa­osa aparır. Heç bir varlıq Xaosa kosmik statusda, yəni ağ dün­ya­nın (bu dünyanın) sakini kimi adlaya bilməz. Hər bir var­lığın hansı dünyaya mənsubluğunu bildirən işarə-nişanlar var. Bu, kosmoloji identifikasiya, başqa sözlə, etnokosmik kim­lik əlamətlərdir. Ölüm dünyasına gedən qəhrəman özünün kos­mik kimlik nişanlarını xaotik kimlik nişanlarına dəyişmə­sə, onu tanıyıb məhv edərlər. Əslini onun mənsub olduğu ağ dünyadan (Kosmosdan) özünün mənsub olduğu qara dünyaya (Xaosa) aparmalı olan Qara Keşiş hökmən onun kosmoloji statusunu – identifikasiya əlamətlərini (işarə-nişanlarını) də­yiş­məlidir. Başqa sözlə, Əsli Xaosa diri statusunda adlaya bil­məz: o, hökmən “ölü” statusu, ölülərə məxsus identifikasiya ni­şanları almalıdır. Beləliklə, kosmoloji sxemə görə, Qara Ke­şiş Əslini ritualda öldürərək ona xaotik status verməlidir. De­mək, biz də bir tədqiqatçı və oxucu kimi “Kərəmə qo­şu­lub” bağda mərasimi ölüm prosedurunun izlərini ax­tar­ma­lıyıq. Əgər bu izləri taparıqsa, onda Kərəm də, biz də düz­gün istiqamətdə “gedə biləcəyik”. Kərəm öz sevgilisini, biz də kosmoloji sxemi axtarırıq. Kosmoloji sxemi düzgün bər­pa etməsək, Kərəmlə Əsli süjetüstündə olduğu kimi, bir-birinə qovuşmayacaq, biz də onların doğrudan da öl­dü­yünü zənn edəcəyik. Halbuki kosmoloji sxemə görə, on­lar ölə bilməzlər.

Kosmoloji sxem bizi aldatmır: bağda Kərəmin tapdığı bü­tün nişanələr Əslinin ritual ölümündən soraq verir:

“Kərəm atını çapıb, özünü keşişin bağına saldı. Atdan dü­şüb hər tərəfi gəzdi. Əslidən bir iz tapmadı; gördü ki, doğru de­yirmişlər, lələ köçüb, yurdu boş. Kərəmin dərdi tüğyan elə­di. Aldı, görək nə dedi:


Gəldim dost bağına, eylədim nəzər,

Gördüm yarın bağçasında gül yeri.

Ağ buxağa dənə-dənə düzülmüş

Ağlımı başımdan aldı xal yeri.


Çağırıram gündüz-gecə mən Cəlil,

Üstümüzdə qadir Mövlam həm dəlil.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin