Süjetüstündə şəhərə Haqq aşığı kimi daxil olmaq istəyən Kərəm süjetaltında yalançılıq və dönərgəlik etmədən xaosluların şəhərinə daxil ola bilməz. Bu cəhətdən o, yalan danışmalıdır. Söylədiyi qaravəlli yalan janrı kimi buna xidmət edir.
Ümumiyyətlə, Oğuz mifologiyasına dair apardığımız tədqiqatın nəticələrinə görə:
Oğuz mifoloji düşüncəsində xaos ayrıca dünya şəklində təsəvvür olunmuş və “Yalançı dünya” adlanmışdır;
“Yalan” və “yalançılıq” oğuz xaos modelinin uyğun olaraq əsas prinsip və davranış formulunu təşkil edir139.
“Yalan” semantemi oğuz mifologiyasında xaos qatının təkcə adı (nominativ işarəsi) olmaqla qalmayıb, həm də ritual-mifoloji dünya modelinin funksional hərəkət strukturunun əsasında durur. Belə ki, “yalançılıq” xaosun təkcə strukturunun kosmoloji mahiyyətini yox, eyni zamanda xaos dünyasındakı hərəkətin mahiyyətini də ifadə edir. Başqa sözlə, Xaos məkan strukturu baxımından Kosmosa tərs proyeksiyada dayanan “yalançı” məkandan təşkil olunduğu kimi, buradakı hərəkətlər də kosmosa tərs proyeksiyada dayanan “yalançılıq” davranış vahidlərindən təşkil olunur. O cümlədən Xaosun zaman strukturu da “yalançı” zaman vahidlərinin düzümü şəklində qurulur. Oğuz mifologiyasında “Yalançı dünya” adi olmayan, qeyri-real mənasında yox, Kosmosa əks olan dünya mənasındadır. Başqa sözlə, oğuz epik-mifoloji düşüncəsində xaos bütün ölçü göstəriciləri üzrə oğuz kosmosuna tərs proyeksiyada dayanır: “Yalançı dünya” “Oğuz” dünyasının əksi - tərsidir. Burada məkan da, zaman da, hərəkət də Oğuzda olan məkanın, zamanın və hərəkətin tərsinədir.
Beləliklə, oğuz mifoloji dünya modelində:
Dostları ilə paylaş: |