Yalan – xaosun kosmosun tərsi olan semantik strukturu;
Yalançılıq – xaosda hərəkətin funksional prinsipi, başqa sözlə, kosmosdakı hərəkətlərin tərsinə olan hərəkətlərdir140.
M.Eliade xaosun bir məkan olaraq kosmosun əks üzü olması haqqında yazır ki, Şimali Asiya xalqları o biri dünyanı bu dünyanın əksinə təsviri kimi qavrayırlar. Orada da hər şey buradakı kimi baş verir, ancaq tərsinə: hava burada işıqlananda, orada qaralır (məhz buna görə də ölülərin bayramı gün batandan sonra keçirilir: onlar bu zaman oyanır və öz günlərinə başlayırlar); dirilərin yayı ölülərin qışına uyğundur; yer üzündə ov quşu və balığın az olması o biri dünyada bunların bol olması deməkdir və s. Beltirlər ölən adamın sol əlinə at yüyəni və butulka qoyurlar: bu isə yer üzündə sağ ələ qoymağa uyğundur. Çaylar Cəhənnəmdə (bu dünyada olduğu kimi öz mənsəblərinə doğru axmır – S.R.) mənbələrinə qayıdırlar. Yer üzündə tərsinə çevrilmiş vəziyyətdə olan bütün şeylər, ölülər dünyasında normal vəziyyətdə olur; məhz buna görə də qəbirə ölü üçün qoyulan əşyaları, əgər ümumiyyətlə, sındırmırlarsa, o halda tərsinə çevirirlər: o şey ki burada sınmış vəziyyətdədir, o dünyada bütövdür və əksinə141.
Bu cəhətdən Xaosa adlamaq istəyən Kərəmin də yalan danışması, əslində, onun xaotik davranış normalarına uyğun hərəkət etməsi deməkdir.
Fikrimizcə, bu etnokosmik identifikasiya ritualında Kərəm Xaosa adlamaq məqsədi ilə triksterin “ehtiyatları” sırasına (Y.Çernyavskaya tərəfindən) aid edilən dörd funksional keyfiyyətin, ən azı, üçündən (ambivalentlik, gülüş başlanğıcı, dönərgəlik) istifadə edir:
Dostları ilə paylaş: |