Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə79/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   75   76   77   78   79   80   81   82   ...   269
1. Ambivalentlik:

Bu, müsbət və mənfi keyfiyyətləri birləşdirən ikili hal­dır. Bu keyfiyyət Kərəmə münasibətdə həm süjetüstü, həm də sü­jet­altı planda təsdiq olunur. Kərəm süjetüstündə bir Haqq aşı­ğı olsa da, ondan “yalannamə” – qaravəlli söyləməyi is­tə­yir­lər. Haqq (Allah, ədalət, düzlük) aşiqi kimi ciddi (dərdli, kə­dərli, fikirli) imici olan bir adamı qeyri-ciddi davranmağa məc­bur edirlər. Süjetaltında isə Əslinin Kosmosdan Xaosa oğur­lanmış ruhunu yenidən işıqlı dünyaya qaytarmaq kimi kos­mik missiya daşıyıcısı olan Kərəm Xaosun davranış prin­sip­lərinə uyğun olaraq yalan danışır.



2. Gülüş başlanğıcı:

Triksterlər bir obraz kimi həm də gülüşlə bağlıdır. Kərə­min süjetüstündə qaravəlli söyləməsi cavanları güldürməyə, kef­lərini açmağa xidmət edirsə, süjetaltında bu, artıq Xaos keşik­çilərini aldatmaq üçün işlədilən fənddir. Kərəm onları gül­dürür.



3. Dönərgəlik:

Kərəmin söylədiyi qaravəlli bir milçəyin macəralarıdır. Bu­radakı bütün yalan hərəkətlər düzülərək “Milçəyin das­tanı”nı yaradır. Bu – süjetüstü plandır. Süjetaltı planda isə mil­çəyin başına gələnlər Kərəmin Xaosa adlamaq üçün mil­çəyə çevrilməsi deməkdir. O, Xaosun sərhəddində ördəyə və ceyrana çevrilmələrlə keşikçiləri aldada bilmişdi. İndi də ey­­ni üsuldan istifadə edir: milçəyə çevrilərək, xaosluların şə­hə­rinin keşikçilərini aldadır. Bu da etnokosmik davranış tipi ba­xımından məhz şaman kompleksinə aid hərəkətlərdir. Daim dün­yalar arasında mediasiya edən şaman ölmədən (diri ölü sta­tusunda) Yeraltı dünyaya enmək üçün yalan danışmalı, müx­təlif heyvanlara çevrilməli olur.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin