Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.04. Yol, İz, Qaya və Qurdla xəbərləşmə



Yüklə 2,29 Mb.
səhifə83/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   79   80   81   82   83   84   85   86   ...   269
§ 12.04. Yol, İz, Qaya və Qurdla xəbərləşmə
Kərəm Tiflisdə keşişi tapır, keşiş onları aldadaraq Əslini Kə­rəmə verəcəyini söyləyir, Kərəmlə Əsli görüşürlər, gecə Ke­şiş Əslini Ərzruma qaçırır. Kərəm də Sofi ilə onların da­lın­ca yollanır: “Şəhərdən çıxıb bir az getmişdilər ki, Gürcüstanın əyri-üyrü cığırları, yolları başlandı. Kərəm dedi:

– Sofi, dayan, xan Əslimi bu yollardan xəbər alım.

Sofi dayandı, Kərəm alıb sazını, görək, Əsli xanı yol­lar­dan necə xəbər aldı:
Əyrim-üyrüm gedən yollar,

Yollar, Əslimi gördüzmü?

Düşmüşəm yarın izinə,



İzlər, Əslimi gördüzmü?
Əyninə geyibdi saya,

Yanında var bir cüt maya,



Sənnən xəbər alım, qaya,

Qaya, Əslimi gördüzmü?
Əslimin keçdiyi yurdlar,

Kərəmin çəkdiyi dərdlər,

Qoyunları yeyən qurdlar,

Qurdlar, Əslimi gördüzmü?146
Göründüyü kimi, bu dialoqda arxaik elementlər özünü qo­rumuşdur. Bu cəhətdən Kərəmin bu xəbərləşməsi əvvəlki hallarda olduğu kimi, iki bir-birindən ayrılmaz, vahid ortaq struk­tura malik səviyyəni ortaya qoyur:

1. Qəhrəmanın xəbərləşməsi:

“Dədə Qorqud”da Salur Qazan yağmalanmış evini növ-bə ilə Yurddan, Sudan, Qurddan, Köpəkdən və sonda Ço­ban­dan xəbər aldığı kimi, Kərəm də evini Yoldan, İzdən, Qa­ya­dan və Qurddan xəbər alır. Xəbərləşmənin “Salur Qazan mo­deli” diaxronik arxetip kimi Kərəmin xəbərləşmələrində daim tək­rarlanır. Maraqlıdır ki, Kərəmin xəbərləşmələri daha ar­xaik olub, magik-kommunikativ mediasiyanın bu tipi haqqın­da Salur Qazanın xəbərləşməsinə nisbətdə müqayisəolunmaz də­rəcədə zəngin material verir. Halbuki, “Salur Qazan” həm qəh­rəmanlıq eposu faktı, həm də erkən orta əsrlərə aid mətn ki­mi Kərəmin mənsub olduğu məhəbbət dastanı mətnindən da­ha qədimdir. Demək, arxaiklik mətnin qədimliyindən daha çox, mətnin struktur imkanlarına bağlı hadisədir.



2. Şamanın xəbərləşməsi:

Kərəmin xəbərləşməsi magik-kommunikativ mediasi­ya­nın həm universal (bəşəri), həm də etnokosmik (oğuz-türk) tipi kimi şaman qamlamasıdır. Kərəm bir qam/şaman kimi qamlama-xəbərləşmə ritualı keçirib, Keşişin Əslini tilsim­lə­yə­rək sözügedən ünsürlərə (Yol, İz, Qaya, Qurd) çevirib-çevir­mə­diyini yoxlayır. Bu elementlər dünyanın struktur ünsürləri, onu təşkil edən mənalı vahidlərdir. Onların hər birinin dünya mo­delində öz yeri və funksiyası var. Bu halda, xəbərləşmə-qam­lamalar Kərəmin Xaos dünyasının strukturu haqqında sak­ral biliklərə malik olduğunu göstərir.

Dialoqun süjetüstü forması passiv (birtərəfli) xəbər­ləş­mə şəklindədir: Kərəm soruşur, göstərilən ünsürlər cavab ver­mir. Lakin Kərəm bir şaman-qəhrəman kimi “iz” ala bilir. İz – bir­başa işarədir və maraqlıdır ki, Kərəm şeir-xəbərləşmədə “İz”ə də müraciət edir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin