Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.07. Çay üstündə qızlarla xəbərləşmə: etnokosmik identifikasiya



Yüklə 2,29 Mb.
səhifə87/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   83   84   85   86   87   88   89   90   ...   269
§ 12.07. Çay üstündə qızlarla xəbərləşmə: etnokosmik identifikasiya
Çobandan Keşişin Xob vilayətinə tərəf getdiyini insane­rə­nən Kərəm yoluna davam edir. Qarşılarına çay çıxır: “Bir çay kənarına çatdılar, gördülər, qız-gəlinlər paltar yuyurlar. Bun­ların içərisində bir gözəl gəlin var ki, gün kimi işıq verir. Kə­rəmin eşqi coşa gəldi, aldı, görək (5 bəndlik şeirlə – S.R.) gə­linə nə dedi:
Gedərkən bir gəlinə tuş oldum,

Yolçunu yolundan eylər bu gəlin.

Görcək niqabını atdı üzündən,

Yolçunu yolundan eylər bu gəlin...”157


Kərəmin gəlinə tərif deməsi kosmoloji sxem baxımından dialoq-xəbərləşmədir. Bu, aşağıdakı cəhətlərlə müəyyənləşir:

– Kərəm qızlara çay üstündə rast gəlir. Çay məkanları, dün­yaları bir-birindən ayıran sərhəddir. Sərhəd-keçid olan yer­də identifikasiya ritualı olmalıdır. Bu cəhətdən, Kərəmin oxu­ması identifikasiya formulunu nəzərdə tutan dialoq-xə­bər­ləş­mədir;

– Kərəmdən qaçan keşiş hər dəfə qızları tilsimləyərək onun yoluna çıxarır. Bu cəhətdən, Kərəmin “Yolçunu yo­lun­dan eylər bu gəlin” deyə müraciət etdiyi qız tilsimlədilərək Əsliyə bənzədilmişdir və burada məqsəd doğrudan-doğruya Kə­rəmi “yolundan etməkdir”. Demək, kosmoloji sxemə görə, çay­dan keçməyin şərti gəlinin Əsli olub-olmadığını ta­nı­maq­dır;

– Keşişin Əslini daha uzaqlara qaçırması kosmoloji sxem müstəvisində onun Xaosun dərinliklərinə doğru hərəkəti de­məkdir. Xaosda hərəkət bütün hallarda maneə-keçidləri nə­zər­də tutur. Xaos məkanının dərinliklərinə endikcə belə ma­neə­lər daha da artır. Çay dünyaları bir-birindən ayıran uni­ver­sum (lokus) kimi belə çətin maneə-keçidlərdən biridir. Bu da Kə­rəmdən öz “trikster ehtiyatlarını” daha da səfərbər etməyi tə­ləb edir. Heç təsadüfi deyildir ki, biz çaydan keçiddə “ölüb-di­rilmə” formulunu nəzərdə tutan dönərgəlik/çevrilmə funk­si­ya­sını müşahidə edirik.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin