§ 12.24. Körpü ilə xəbərləşmə-alqış
Kərəm çayı keçmək üçün onun üstündəki körpüdən də keçid/yol almalıdır: “Sazı döşünə basdı, üz tutdu körpüyə, aldı, görək (3 bəndlik şeirlə – S.R.) nə dedi:
Yolum gəldi sənə çıxdı,
Körpü, Əslimi gördünmü?
Seyrağıblar məni yıxdı,
Körpü, Əslimi gördünmü?”176
Süjetüstü formasına görə passiv (birtərəfli) xəbərləşmə olan bu dialoqda Kərəm iki məqsəd güdür: Körpüdən həm keçid/yol (1), həm də Əsli haqqında iz almaq (2). Epik-kosmoloji məntiqə görə, Keşiş Körpünü də tilsimləyib və Körpü yol vermək istəmir. Kərəm ona görə də Körpünün daşının qara qayadan olmasına, yaşının qədimliyinə alqış/tərif deyir.
Dostları ilə paylaş: |