Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.34. Qəbiristanda Quru Kəllə ilə xəbərləşmə



Yüklə 2,29 Mb.
səhifə115/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   111   112   113   114   115   116   117   118   ...   269
§ 12.34. Qəbiristanda Quru Kəllə ilə xəbərləşmə
Kərəmin qəbiristanlıqda passiv dialoqunun ardınca elə ora­daca onun Quru Kəllə ilə aktiv dialoqu gəlir: “Elə söz tə­zə­cə tamam olmuşdu ki, Kərəmin gözü yerə sataşdı. Gördü uçulub-dağılmış köhnə bir qəbrin işində bir quru kəllə var. Kə­rəm əyilib kəlləni götürdü, tozunu silib təmizlədi, o tərəf-bu tərəfinə baxıb dedi:

Sofi lələ, bu quru kəlləni görürsənmi? Bir zaman bu da bi­zim kimi insan imiş. Bir zaman olacaq, biz də belə olacağıq. Qoy bundan bir neçə söz xəbər alım.

Aldı Kərəm, görək kəllədən (3 bəndlik şeirlə – S.R.) nə soruşdu:
Bir suval sorayım, xəbər ver mənə,

Sən də bu dünyada vardınmı, qafa?

Heyvandınmı, insandınmı, nə idin?

Dürlü meyvələrdən yedinmi, qafa...


...Kərəm sözünü qurtaran kimi kəllə dilə gəldi, dedi:
Dinlə deyim, gələn-keçən halımı,

Bir zaman dünyada mən də var idim.

Bir şah idim, bəla gəldi başıma,

Bütün əsrlərə yadigar idim...”193



Beləcə bunların arasında şeirlə dialoq davam edir: “Kəllə sö­zünü tamam eyləyən kimi dığırlana-dığırlana gedib genə gir­di qəbrə, yox oldu. Kərəmgil yollarına davam elədilər”194.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin