Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Beləliklə: – Kərəmin Quru Kəllə ilə dialoqu süjetüstü və süjetaltı for­masına görə



Yüklə 2,29 Mb.
səhifə116/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   112   113   114   115   116   117   118   119   ...   269
Beləliklə:

– Kərəmin Quru Kəllə ilə dialoqu süjetüstü və süjetaltı for­masına görə aktiv (ikitərəfli) xəbərləşmədir.

– Kəllənin süjetaltı semantikası barəsində üç ehtimal-fi­kir söyləmək mümkündür:

Birincisi (və daha ağlabatanı), Kəllə Kərəm kimi xaosa ad­lamaq istəyən, lakin keçiddən keçə bilməyib həlak olan şaman-qəhrəmanın kəlləsidir. M.Eliadedən məlum olur ki, o bi­ri dünyaya səfər edən şamanlar burada səfər zamanı həlak ol­muş şamanların sümüklərinə rast gəlirlər195.

İkincisi, Kərəmin Kəllə ilə dialoqunun analogiyasına “Qu­ru Kəllə” adlı Azərbaycan nağılında rast gəlirik. Həmin Kəllə qəhrəmana kömək edir və şər (xaos) daşıyıcısı dərvişin qəh­rəmana yaradacağı təhlükələr haqqında onu xəbərdar edir. Bu baxımdan, Kərəmlə Kəllənin dialoqu süjetüstündə dün­ya­nın mənası (mənasızlığı, faniliyi) haqqında fəlsəfi söh­bət­dir­sə, süjetaltında Kəllə Kərəmə kömək edir.

Üçüncüsü (və az ehtimal olunanı), Kəllə Xaosa keçid mə­kanının – qəbristanlığın qoruyucusu, başqa sözlə, xaotik qüvvə­dir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin