Beləliklə sual: “Böyük Adron Kollayderində” nə baş verəcək?
Qeysəri şəhərinə çatan Kərəmin yolu Əslinin bağçasının yanından düşür: “Kərəm bir müddət yol gedib, Qeysəri şəhərinə çatdı. Üst-başı elə cırım-cındır idi ki, heç bilmirdi, hara getsin. Yolu düşdü Əsligilin həmin bağçasının yanından Gördü ki, burada bir dəstə qız çıxıb, oxuyub-oynayır. Kərəm keçib getmək istəyəndə bir də gördü, budu, bağçadakı evdən bir qız çıxıb, yüz naz-qəmzə ilə qızlara tərəf gedir. Diqqətlə baxanda Əslini tanıdı. Daha heç bir söz deyə bilmədi. Sazını döşünə basdı, götürdü, görək (3 bəndlik şeirlə – S.R.) nə dedi:
Sallana-sallana çıxdı xanadan,
Ay həzərat, gedən ceyran mənimdi!
Qana-qana öyüd alıb anadan,
Ay həzərat, gedən ceyran mənimdi!...”210
Qızlar Kərəmi bağçaya dəvət edirlər: “Kərəm Əsliyə tanış gəldi. Amma nə qədər baxdısa, anşırda bilmədi (anlaşdıra, tanıya bilmədi – S.R.). Ona görə anşırda bilmədi ki, Kərəmin üzünü-gözünü tük basmışdı, saçları uzanıb çiyninə tökülmüşdü. Özü də elə arıqlamışdı ki, bir dəri qalmışdı, bir sümük. Üst-başı da lap tökülüb cındırlaşmışdı”211.
Dostları ilə paylaş: |