Süjeti izləyək. II sınaq-identifikasiya:
“Əsli soruşdu:
– Aşıq haralısan?
Kərəm gördü, yox, Əsli, doğrudan da, onu tanıya bilmir. Bir ah çəkib dedi:
– Qarabağdanam.
Qarabağ sözünü eşidən kimi Əslinin gözləri yaşardı. Kərəmin üst-başına, üz-gözünə baxıb, bir ovuc pul çıxartdı ki:
– Aşıq, mən də Qarabağdanam. Al bu pulu, özünə pal-paltar al, belə gəzmə.
Əslinin sözləri Kərəmə güllə kimi dəydi, (3 bəndlik şeirlə – S.R.) dedi:
Xəyyat mənə zəri-ziba biçərdi,
İndi çılpaq qaldım, Əslim, gül mənə!
Bir zaman daş-qaşnan oynardı əlim,
İndi çılpaq qaldım, Əslim, gül mənə!...”213
Burada etnokosmik identifikasiya ilə bağlı iki mühüm işarə-element qorunub qalmışdır: Birincisi Kərəmin Qarabağdan olmasının Əslinin yaddaşını tərpətməsi, ikincisi onun Kərəmə üst-başını dəyişməsi, cındır paltarlarını yenisi ilə əvəzləməsi və bununla zahiri görkəmini təzələməsi üçün pul təklif etməsidir.
Dostları ilə paylaş: |