Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Süjet bunu təsdiqləyir. III sınaq-identifikasiya



Yüklə 2,29 Mb.
səhifə132/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   128   129   130   131   132   133   134   135   ...   269
Süjet bunu təsdiqləyir. III sınaq-identifikasiya:

“Əsli dediyinə peşman oldu. Onun ürəyini almaq üçün bir gül qoparıb dedi:

– Aşıq, heç olmazsa, bu gülü al məndən.

Kərəm dedi...:


Mən yazığı ağlar qoyan bivəfa,

Ağlayan kimsəyə gül nəyə lazım?

Gülə-gülə yıxdın atam evini,

Düşmənlikdə şirin dil nəyə lazım?

Əsli xan Kərəmin sözünü kəsib dedi:

– Aşıq, sən qərib olduğun kimi mən də qəribəm. Və­tən­də mənim də gözü yaşlı bir məşuqum qalıb. Sözüm onda de­yil. Bura yanşaqlarının geyimi başqa cür olur. Sən gəl bu pu­lu məndən al. İndi ki paltar istəmirsən, yolda xərclərsən.

Kərəm aldı sözün o biri bəndini:
Həsrətindən yandım, yandım kül oldum,

Alışdım, alışdım, muma dil oldum,

Xan oğluydum, özüm döndün qul oldum,

Qul olan kimsəyə qul nəyə lazım?


Kərəmin ömrünü sən verdin zaya,

Münkir oldun, üz tutmadın Xudaya,

Oldum xarabatı, düşdüm səhraya,

Xarabat əhlinə yol nəyə lazım?


Əsli Kərəmi tanıdı. Ürəyi tab gətirmədi, yıxılıb özündən get­di”214.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin