Kosmoloji təhlil:
– Əslinin Kərəmə gül dərib verməsi identifikativ işarədir. Gül – sevgililər arasında identifikativ ünsiyyət nişanəsidir. Əslinin Kərəmə gül verməsi onu sınağa çəkməsi, Kərəmin bu gülü tanıyıb-tanımamasını yoxlaması deməkdir.
– Kərəm gülü tanıdığını bildirir. Əsli onun öz sevgilisi olduğuna bir qədər də əmin olur. Bundan sonra Əslinin Kərəmin bu yerlərin yanşaqlarına (aşıqlarına) bənzəməməsini bildirməsi onun şaman/qəhrəmana özünü cilddəyişmə yolu ilə xaoslulara bənzətmək təklifidir.
– Əslinin Kərəmi tanıyandan sonra ürəyinin getməsi kosmoloji baxımdan statusal dəyişiklikdir. Onların keçid məkanında (bağçada) görüşməsi fərqli statusal məkan və rejimlərdə qarşılaşması deməkdir. Keçid onları birləşdirməlidir. Birləşmə üçün identifikasiya proseduru aparılır: Kərəm Əslini, Əsli də Kərəmi tanıyır. Bunların birləşməsi üçün birinin keçiddən keçərək o birisinin olduğu məkana daxil olması lazımdır. Başqa sözlə, onların birləşməsi məkanın və statusun eyniliyini tələb edir. Əslinin ürəyinin getməsi onun ölüb-dirilmə ilə statusunun dəyişilməsi, Kərəmlə eyni məkani statusa daxil olması deməkdir. Bu, nağıl kodu ilə Kərəmin Keşişin tilsimini sındırması deməkdir.
Beləliklə, Kərəmlə Əslinin arasında dörd identifikasiya aktı baş verir: Birində Kərəm Əslini tanıyır, üçündə özünü Əsliyə tanıdır.
Dostları ilə paylaş: |